AŞPA hesabatı: Ermənistandakı seçkilərə xarici dövlətin iqtisadi müdaxiləsi olub – ÖZƏL
13:27 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Ruben Rubinyan noyabrın 17-də Milli Assambleyanın iclasında çıxış edərək, iyunun 7-də keçirilmiş parlament seçkiləri ilə bağlı AŞPA-nın hesabatında yer alan məqamlara toxunub. O bildirib ki, hesabatda seçkiqabağı kampaniya dövründə xarici dövlətlərdən birinin seçiciləri müxalifətə səs verməyə sövq etmək məqsədilə Ermənistana qarşı iqtisadi məhdudiyyətlər tətbiq etdiyi qeyd olunur.
Sözügedən bəndi şərh edən Rubinyan söhbətin hansı ölkədən getdiyini açıqlamasa da, müxalifəti xarici dairələrlə əlaqədə və xarici təsir altında olmaqda ittiham edib. Spiker müxalifət deputatlarına müraciət edərək AŞPA hesabatında məhz bu cür ifadələrin yer almasına aydınlıq gətirməyi tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31