Gündəm
Cinsiyyətini dəyişən aktrisa gizlicə evləndi: "Canım arvadım"
Cinsiyyətini dəyişən aktrisa Rüzgar Erkoçlar gizlicə evlənib. Apreldə Tuba Beyazoğlu ilə nişanlanan Rüzgarın nikah masasına oturması iddiası sosial şəbəkədəki paylaşımlarından bəlli olub. Belə ki, tanış olmalarının ildönümü ilə əlaqədar sosial şəbəkədə "Bir il əvvəl bu gecə... Neçə gözəl illərə. Səni sevirəm" sözlərini yazan Tubaya Rüzgarın cavabı "Canım həyat yoldaşım, canım arvadım..." olub.
Milli Məclisdə Koreya ilə iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlıq müzakirə olunub
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.
"Mançester Siti"dən 60 milyonluq təklif
"Mançester Siti" yay "transfer pəncərəsi" bağlanana qədər heyətinə daha bir yeni futbolçu qatmaq niyyətindədi. "Şəhərlilər" hücum xəttini gücləndirməyi planlaşdırırlar. Baş məşqçi Xosep Qvardiola rəhbərliklə söhbətində "Arsenal"ın üzvü Aleksis Sançesi ixtiyarında görmək istədiyini bildirib. Qarşı tərəflə danışıqlara başlayan "Mançester Siti" bu keçidin baş tutması üçün 60 milyon funt-sterlinq xərcləməyə hazırdı. Transfer baş tutsa, 28 yaşlı hücumçu yeni komandasında həftəlik 400 min funt-sterlinq qazanacaq.
İngiltərəyə köçən aparıcı bütün dostlarını həyatından SİLDİ
Bu gün mətbuatda teleaparıcı Elnarə Təhməzovanın ölkədən getməsi ilə bağlı xəbər yayılıb. Azərbaycanlı iş adamı ilə ailə qurduğu iddia edilən aparıcının İngiltərəyə köçdüyü məlum olub. Şou sahəsindən uzaqlaşan E.Təhməzovanın gedişi ilə bağlı digər diqqət çəkən məqamlar da ortaya çıxıb. Belə ki, teleaparıcı şəxsi nömrəsini dəyişib. Feysbuk hesabından da bütün keçmiş dostlarını çıxaran Elnarə dostluğunda təkcə Aytən Səfərovanı saxlaması ilə diqqət çəkib.
“Opera” trafikə qənaət edən servisini bağlayıb
Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, “Opera” şirkəti “Opera Max VPN” servisini bağlayıb.
Türkiyə köhnə SES-ləri modernləşdirəcək
Türkiyə 2019-cu ilin sonunadək ölkədəki köhnə su elektrik stansiyalarını (SES) modernləşdirəcək. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Nerat Albayrak deyib. Nazir qeyd edib ki, hazırda ölkədə dövlət və özəl sektora aid SES-lər mövcuddur. O əlavbə edib ki, Türkiyədə bütün su elektrik stansiyaları ətraf mühitin mühafizəsi üzrə tələblərə cavab verməlidir: "Bununla əlaqədar fəaliyyətdə olan bütün SES-lərin modernləşdirilməsi aparılacaq".
"Anji"də yeni baş məşqçi
Mahaçqala "Anji"sinin yeni baş məşqçisi müəyyənləşib. Erməni məşqçi Aleksandr Qriqoryanın istefa verməsindən sonra boş qalmış bu vəzifəyə Vadim Skripçenko təyin edilib.
“Ağ şəhər”də su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakının “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir
Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir. Qurumdan verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Bu hovuza girmək böyük risk tələb edir - VİDEO
Çinin Zanqjiaje şəhərindəki Vanfu kurortunda dünyanın ilk hündürlükdə yerləşən şüşə hovuzu insanların ixtiyarına verilib.
Premyer Liqa tarixində ikinci dəfə
Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub. Çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. "Neftçi" - "Qarabağ" oyununda (1:3) dörd, "İnter" - "Qəbələ" (1:2), "Zirə" - "Səbail" (2:1) və "Sumqayıt" - "Kəpəz" (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
Qurban bayramında əfv olacaq? - Komissiyadan rəsmi AÇIQLAMA
Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir. O xatırladıb ki, bu ilin mart ayının 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: "Bu əfv sərəncamının imzalanmasından qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir".
17 yaşlı qızı zorlanıb hamilə qalan ata: "Namusum üçün öldürdüm" - VİDEO
Türkiyədə dəhşətli qətlin üstü açılıb. Adanada 17 yaşlı bir gənci silahla vuraraq öldürən Emrah B. -nin cinayəti qızı F.N.B.-nın zorlandığı üçün törətdiyi ortaya çıxıb. Qəzəbli ata "Qızımı məndən aldılar. Yalvarıram, zorlama ilə bağlı daha ağır cəzalı qanunlar gətirilsin" deyib.
Berlindən Trampa İTTİHAM: “Bütün dünya şoka düşüb”
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampı Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar “ağlasığmaz davakar ritorika”da ittham edib. Almaniya xarici siyasət idarəsinin başçısı bu haqda “Kölner Stadt-Anzeiger“ nəşrinə müsahibəsində bildirib.
Təranə: "Deyəcəklər, Səmra soyunur, ailə məclisimizə gəlməsin"
İlhamə Quliyevanın yeri görünür. Kimsə yanlış hərəkət edəndə, İlhamə Quliyeva ona yerini göstərirdi. Ondan sonra şou-biznesdə yekəxanalıq başlayıb. Ondan qorxanlar özlərini açıb buraxıblar.














