Gündəm

Xəbərdarlıq: Döyülmək uşaqlarda xərçəng və astma riskini artırır

15 Avqust 2017 19:55

Əgər uşağ döyülərsə, gələcəkdə onda xərçəng, ürək və astma xəstəliklərinin inkişaf edəcəyi istisna edilmir. Böyük Britaniyanın Plimut Universitetinin bir qrup alimi bu fikirdədir.

Dünyada ən böyük OLED displey yaradılıb

15 Avqust 2017 19:50

Cənubi Koreyanın “LG Electronics” şirkəti 4 voleybol meydançası ölçüsündə nəhəng elektron OLED displey qurub. Bu panel orqanik işıq diodları əsasında yaradılmış ən böyük ekran kimi Ginnesin Rekordlar Kitabına düşüb.

ABŞ alimləri: Ağlamaq insanı stressdən azad edir

15 Avqust 2017 19:45

Məlum olduğu kimi, gülüş ömrü uzadır, ağlamaqla isə iş düzəlmir. Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb.

Yeni alqoritm internetdə təhlükəsizliyi daha da gücləndirəcək

15 Avqust 2017 19:40

Biz internetdə daima maraqlı məhsul, xidmət və servis tövsiyələri ilə qarşılaşırıq. Bu tövsiyələr onlayn profillər, axtarış sorğuları, şəbəkədəki aktivlik  və sairə əsasında tərtib edilir. Bəzən bu tövsiyələr həqiqətən faydalı olur, amma belə istinadlar üzrə keçid edən istifadəçi öz məxfiliyini təhlükə altında qoyur, çünki fərdi məlumatların ötürülməsini təsdiq edir. Lozanna Federal Politexnik Məktəbindən Maksa Taziki bu problemi həll edən alqoritm düşünüb hazırlayıb.

3D printerdə çap edilmiş fəqərə sümükləri pasiyentin həyatını xilas edib

15 Avqust 2017 19:35

Bu ilin yazında 28 yaşlı Şanxay sakininə sümük xərçəngi diaqnozu qoyulmuşdu. Müayinə zamanı cərrahi əməliyyat etməyə qərar verilmişdi, amma bir sıra çətinliklər var idi. Lakin Çin mütəxəssisləri müalicədə uğur əldə edərək xərçəng şişinin təsirinə məruz qalmış 6 fəqərə sümüyünü əvəz ediblər. Bunun üçün 3D printerdən istifadə ediblər.

“iPhone 8” smartfonunun yekun dizaynı bəlli olub

15 Avqust 2017 19:30

“Forbes” jurnalının redaktoru Qordon Kelli “iPhone 8” smartfonunun yeni şəkillərini dərc edib. Onun sözlərinə görə, bu, bütün mövcud prototiplər arasında ən müfəssəlidir.

İngilis alimlər: Qadınlarda ən gözəl yaş 31-dir

15 Avqust 2017 19:26

Britaniyalı alimlər qadının ən gözəl yaş həddi barədə araşdırma aparıblar. Məlum olub ki, ən gözəl yaş 31-dir. Məhz bu dövrdə qadın öz cazibədarlığının pik nöqtəsində olur. Təbii gözəllik, özünə əminlik, illərin təcrübəsi onun gənc qızlardan daha gözəl görünməsinə təsir edir.

“Microsoft” şirkəti “Surface” qurğularının işində problem olduğunu etiraf edib

15 Avqust 2017 19:20

"Microsoft" şirkəti tərəfindən əməkdaşlara göndərilən yaddaş dəftərçəsində "Surface" qurğularında problem olduğu etiraf edilib. "Microsoft"un rəhbərliyi bildirib ki, "Surface Book" və "Surface Pro 4" qurğularında bəzi problemlər müşahidə olunur.

Limonun faydasını siz də bilin

15 Avqust 2017 19:15

Limonun indiyədək bilinməyən faydalı xüsusiyyətləri aşkarlanıb. Mütəxəssislər insanın yatarkən yaxınlığında dörd hissəyə bölünmüş və içərisinə duz səpilmiş limon qoymasının onun sağlamlığı üçün faydalı olduğunu bildirirlər. Belə ki, limon gərginlik vəziyyətində yuxusuzluq problemi yaşayan insanın beynini sakitləşdirir. Psixoloqlar davamlı olaraq yuxusuzluq problemi olan insana özünü həmişə müsbət fikirlərə cəmləşdirməyi məsləhət görürlər. Bu işdə limon qoxusu əvəzsiz rol oynayır.

Ən smic və acgöz BÜRCLƏR

15 Avqust 2017 19:10

Migren xəstəliyin insanda hansı pozğunluqlar yarada bilər?

15 Avqust 2017 19:04

İngiltərədə bir qadın keçirdiyi ağır migren xəstəliyindən sonra fransız ləhcəsi ilə danışmağa başlayıb. "Gloucester Echo" qəzetinin məlumatına görə, tanımayanların fransız və ya şərqi avropalı hesab etdiyi 49 yaşlı Key Russel dünyada bu xəstəliyə yaxalanan 60 nəfərdən biridir.

Şaban Donat: "Hər çəkidə medal gözləyirik"

15 Avqust 2017 19:00

“Qarşıdan gələn dünya çempionatında uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənirik. Heyətdə dünya və Avropa çempionları yer alıb". Bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat deyib.

Pan Gi Mun: Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfələri təqdirəlayiqdir

15 Avqust 2017 18:55

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.

Dünya və 5 qat Azərbaycan çempionundan yeni müqavilə

15 Avqust 2017 18:50

Yeni yaradılan qadın voleybolçulardan ibarət "Abşeron" klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Super Liqada debüt edəcək komanda Eldar Yusubova həvalə edilib. Təcrübəli mütəxəssis "Abşeron"la 1 illik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. "Rabitə" ilə 5 dəfə Azərbaycan çempionu olan Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.

Evlilik verilişlərinin tamaşaçılarına şad xəbər

15 Avqust 2017 18:49

Türkiyədə yayımlanan evlilik proqramları ilə bağlı yeni qərar verilib. ATV kanalında efirə gedən Esra Erolun evlilik verilişi yeni mövsümdə qaldığı yerdən davam edəcək. Bu barədə proqramın İnstaqram səhifəsində yazılıb. İzləyicilər bu xəbərdən sonra digər evlilik verilişlərinin də yayımlanacağını bildiriblər.