Evlilik verilişlərinin tamaşaçılarına şad xəbər
Türkiyədə yayımlanan evlilik proqramları ilə bağlı yeni qərar verilib. ATV kanalında efirə gedən Esra Erolun evlilik verilişi yeni mövsümdə qaldığı yerdən davam edəcək. Bu barədə proqramın İnstaqram səhifəsində yazılıb. İzləyicilər bu xəbərdən sonra digər evlilik verilişlərinin də yayımlanacağını bildiriblər.
15 Avqust 2017 18:49 DünyaTürkiyədə yayımlanan evlilik proqramları ilə bağlı yeni qərar verilib. ATV kanalında efirə gedən Esra Erolun evlilik verilişi yeni mövsümdə qaldığı yerdən davam edəcək. Bu barədə proqramın İnstaqram səhifəsində yazılıb. İzləyicilər bu xəbərdən sonra digər evlilik verilişlərinin də yayımlanacağını bildiriblər.
Qeyd edək ki, evlilik verilişləri "Show TV", "ATV", "Star TV"də və digər kanallarda yayımlanırdı. Bir müddət əvvəl "RTÜK" həmin verilişlərin bağlanması ilə bağlı qərar vermişdi. Axşam.az