Gündəm
Xəzərdə zəlzələ
Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 00:33-də Xəzər dənizində 3.4 bal gücündə zəlzələ qeydə alınıb.
PKK – lılar təslim oldular
Türkiyənin Şırnak vilayatinin təhlükəsizlik qüvvələrinə 6 terrorçu təslim olub. “Olaylar” bildirir ki, PKK terror təşkilatından qaçdıqlarını bildirən 6 nəfər Habur sərhəd keçidində yerləşən təhlükəsizlik qüvvələrinə təslim olublar. Onlardan 3 – ünün azyaşlı olduğu bildirlir.
Daha bir terror hadisəsi – NİGERİYA
Nigeriyanın şimal – şərqində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, kimliyi məlum olmayan qadın kamikadze vilayəyin ən böyük şəhəri olan Mayduquri şəhəri yaxınlığında özünü patlatması nəticəsində 27 nəfər həlak olub. 85 nəfər ağır yaralanıb.
ABŞ vətəndaşlarına İrana səyahəti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Amerika Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib.“Olaylar” bildirir ki, nazirliyin bu xəbərdarlığına səbəb İrandakı həbs və həbs risklərinin olmasıdı. İrana gedəcək ABŞ vətəndaşlarına səyahətlərini təxirə salmağı təklif edən bəyanatda deyilir ki, bir neçə ABŞ vətəndaşı İranda ədalətsiz olaraq saxlanılaraq həbs ediliblər.
Şahzadə Milli Azərbaycan Tarixi Muzeyində
Ölkəmizdə səfərdə olan Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhorn və Krallığın nümayəndələri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar. “Olaylar” bildiriri ki, Muzeyin Elmi ekskursiya və sərgilərin təşkili şöbəsinin əməkdaşı, t.ü.f.d. Səidə Həmzəbəyova qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrləri barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
“Unudulmuş yeməklər” festivalı
Senytabrın 1 – dən 3 – dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı sakinlərini və şəhərimizin qonaqları üçün İçərişəhərdə “Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçəcək. “Olaylar” bildirir ki, festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir.
Müsabiqənin nəticələri elan olundu
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib.”Olaylar” bildirir ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da “Magistr” jurnalının 7-ci nömrəsində dərc olunacaq.
Dəfnə çayı qarın piylərini əridir
Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı. Hazırda isə dəfnə yarpaqlarından şorba və borşlara, turşulara, ət və balıq yeməklərinə dad qatmaq üçün istifadə olunur. Müasir kulinariyada az xörək tapmaq olar ki, onun içinə dəfnə yarpağı atılmasın. Lakin dəfnə yarpağının istifadə sahəsi bunlarla məhdudlaşmır. Ondan təbabətdə, kosmetologiyada və məişətdə də geniş istifadə edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev bitki haqqında ətraflı məlumat verib: "Dəfnə ağacı yarpaqlarını tökməyən orta boylu ağac bitkisidir, hündürlüyü 10 metrə çatır. Ən çox Türkiyədə bitir. Ölkəmizdə Xəzər dənizinin sahili ətraflarında ona rast gəlmək olar. Kiçik zeytun dənələrini xatırladan meyvələri ilk vaxtlar yaşıl rəngdə olsa da, sonradan qaralır. Yarpaq və meyvələri əziləndə spesifik xoş qoxu verir.
Şəhid mayor Elnur Əliyevə məktub – Həyat yoldaşından
Kinolarda, filmlərdə görmüşdüm doğum gününü qeyd etməkdən nifrət edən insanları. Amma heç vaxt anlam verə bilmirdim. İnsan da öz doğum gününə nifrət edərmi?
“İşte Benim Stilim”in iştirakçısından RƏZİLLİK: saçından tutub sürüdü, daha sonra təpiklədi
“İşte Benim Stilim” yarışmasının fenomen iştirakçısı Bahar Candan növbəti sensasiyaya imza atıb. Eyni yarışmada tanış olduğu türkmənistanlı Aybüke Kemiyeva ilə dostluq münasibətində olan Bahar Candan onun evinə qonaq gedib. Rəfiqəsi ayaqqabı ilə içəri daxil olmağa çalışan Bahara “Mən təmiz qızam, zəhmət olmasa, ayaqqabılarını çıxar” deyib. Buna əsəbiləşərək evi tərk edən B.Candan yenidən dostunun qapısının döyüb. Qapını açan qızı saçından tutaraq liftə qədər sürüyən televiziya fenomeni daha sonra onu təpikləyərək, söyməyə başlayıb.
Dənizin altında YAŞAYAN QƏBİLƏ: ilk dəfə tanıyacağınız xalqın QORXUNC ADƏTLƏRİ
“Futbolçularımız “böyüyüblər” - Qurban Qurbanov
"Həm futbolçularımız, həm də azarkeşlərimiz bu gün alqışa layiq idilər. Hər şey möhtəşəm idi". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Kopenhagen"i qəbul edən Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.
"Qarabağ" Çempionlar Liqasının bir addımlığında
Hakim irad tutdu Qurban Qurbanov paltarı dəyişdi
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçvəsində keçirilən "Qarabağ" - "Kopenhagen" matçında maraqlı hadisə yaşanıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçın 4-cü hakimi Filippo Melinin göstərişindən sonra köynəyinin üstündən futbolçuların məşq zamanı istifadə etdiyi geyimi geyinib. Buna Qurbanovun köynəyinin üstündə hansısa reklam tərkibli yazının olmasının səbəb olduğu bildirilir.
Yaddaş zəifliyi neçə yaşdan sonra başlayır?
Yaddaş düşündüyümüzdən daha əvvəl pisləşməyə başlayır. Belə ki, yaddaş zəifliyi heç də həmişə yaş dəyişiklikləri ilə bağlı olmur. Bu, 40, hətta 30 yaşında da başlaya bilər. Bunu 50 yaşdan yuxarı mindən çox insan arasında aparılan sorğunun nəticələri göstərib. Məlum olub ki, problemlər orta hesabla 57 yaşından, hətta daha əvvəl başlayır.













