Gündəm
Valeh Ələsgərov: "Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı böyük hadisədir"
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən verilən xəbərə görə, vitse-spiker Valeh Ələsgərov qonaqları salamlayaraq, səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına ümidini bildirib.
Rusiyanın FHN-nin gecikdirdiyi xahiş ANALİTİK
Ermənistanın dağlıq ərazilərində yerləşən Xosrov qoruğunda baş qaldırmış meşə yanğınları böyük ərazini əhatə etməklə yanaşı, ölkənin fövqəladə hallar nazirliyi təbii fəlakətin öhdəsindən gəlmək üçün yenidən Rusiyadan yardım umublar. Daha dəqiq desək, son dövrlər Rusiyaya qarşı bəlli məsələlərə görə çıxış edən Ermənistan rəhbərliyi və müxalifəti yenə də bu ölkə qarşısında diz çökmək məcburiyyətində qalıblar. Özü də bir yanğınsöndürən təyyarəyə - İL 76-ya görə...
“Ermənilərin hədə-qorxusu əsassızdır"
“Ermənistanın maliyyə naziri Vardan Aramyan 2018-2020-ci illərdə müdafiə xərclərinin ÜDM-in 3.71%-indən artaraq 4%-i aşacağını bildirdi. Hökumətini 2018-2020 ci il proqramında təhsilə ayrılan vəsait 2.18% dən 1.85% -ə dək azaldılır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Tanınmış aktrisaya hücum çəkdilər: başına qayçı batırdılar
Britaniyanın "Silent Witness" ( Səssiz şahid ) serialının aktrisası Liz Kar baxıcısı ilə birlikdə əlil arabasında gəzərkən hücuma məruz qalıb. London küçələrində gəzən aktrisaya əlində qayçı gəzdirən şəxs tərəfindən xəsarət yetirilib.
Tolerantlıq Azərbaycan xalqının milli-mənəvi sərvətidir
Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə. tədbiri giriş sözü ilə açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayevölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən və mövzunun əhəmiyyətindən danışıb.
“Günəşli”dəki 5 saylı platformada əlavə 8 quyu qazılacaq
SOCAR-ın “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında ''Günəşli” yatağındakı 5 saylı Dərin Dəniz Özülündə əlavə 8 quyunun qazılması üçün yenidənqurma işləri aparılır.
Özəl ali məktəblərə qəbul olanların və boş qalan plan yerlərinin sayı açıqlanıb
Bu il Azərbaycanda özəl ali məktəblərə qəbul olan (I mərhələ üzrə) abituriyentlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirilib ki, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olub. Onlardan 3506-sı Azərbaycan, 160-ı Rus bölməsinin məzunlarıdır. Özəl ali məktəblərə qəbul olan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-I III, 108-I IV, 48-I isə V ixtisas qrupunu seçib.
Meksika parlamentinin sədri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres (Maria Guadalupe Muruia Gutierrez) ilə görüşü keçirilib.
"Qalatasaray"ın oyunçusu "Fənərbağça" haqqında danışdı
"Qalatasaray" yeni transferləri Maycon, Fequli, Ndiaye və Fernando üçün imza mərasimi təşkil edib. İmza mərasimində ilk olaraq Fequli 89 nömrəli forması ilə poza verdikdən sonra "Zədəm sağalmaq üzrədir. 2 həftə içində meydana qayıdacağımı ümid edirəm, amma qərar, təbii ki, baş məşqçinindir. Transferin reallaşmasını bir müddət gözlədik çünki çox detal var idi. Mənimlə bağlı heç bir problem yox idi" dedi.
Kolumbiyada qiyamçılar tərksilah edildilər - Münaqişə bitdi
Kolumbiya İnqilabi Silahlı Qüvvələri (KİSQ) tam tərkibdə tərksilah olunub və qiyamçılarla hökumət arasında 50 illik münaqişə rəsmən başa çatıb. Bunu Kolumbiya prezidenti Xuan Manuel Santos bəyan edib. Kolumbiya İnqilabi Silahlı Qüvvələri yerli kommunist partiyasının hərbi qolu kimi 1964-cü ildə yaradılıb. Qruplaşmanın sıralarında 20 minədək silahlı döyüşüb. Qiyamçılarla hökumət arasında sülh danışıqları dörd il davam edib.
Həmsədr: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri birbaşa danışıqları bərpa edəcəklər”
Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. Bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədriRiçard Hoqland deyib. "
Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı
Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb. Bu barədə "İnterfaks"a RF Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb".
Məşhur aktrisanın sevgilisi onu hamının yanında PƏRT ETDİ
Rusiya və Qazaxıstan arasında sərhəd QALMAQALI
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk vilayəti üzrə sərhəd idarəsi Rusiya və Qazaxıstan arasındakı sərhəd qalmaqalına aydınlıq gətirib. İdarə sərhəd xəttində heç bir dəyişikliyin olmadığını bildirib.
Bələdiyyə sədri 2500 manat cərimələndi
Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.














