Tanınmış aktrisaya hücum çəkdilər: başına qayçı batırdılar 

Britaniyanın "Silent Witness" ( Səssiz şahid ) serialının aktrisası Liz Kar baxıcısı ilə birlikdə əlil arabasında gəzərkən hücuma məruz qalıb.  London küçələrində gəzən aktrisaya əlində qayçı gəzdirən şəxs tərəfindən xəsarət yetirilib.

Britaniyanın "Silent Witness" ( Səssiz şahid ) serialının aktrisası Liz Kar baxıcısı ilə birlikdə əlil arabasında gəzərkən hücuma məruz qalıb.  London küçələrində gəzən aktrisaya əlində qayçı gəzdirən şəxs tərəfindən xəsarət yetirilib. Hadisə Londonchr("39")s Euston stansiyasının yaxınlığında baş verib. Oğlan əlil arabasında olan aktrisaya hücum edərək onu başından yaralayıb. Təcili xəstəxanaya çatdırılan aktrisanın vəziyyəti normaldır. Lizə hücum edən 20 yaşlı oğlan tutulub. Onun əqli problemlərinin olduğu deyilir. Aktrisanın dostunun dediyinə görə, Liz ona kimin hücum etdiyini bilmir və əvvəl də həmin şəxsi hardasa görməyib. Milli.az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31