"Qalatasaray"ın oyunçusu "Fənərbağça" haqqında danışdı
"Qalatasaray" yeni transferləri Maycon, Fequli, Ndiaye və Fernando üçün imza mərasimi təşkil edib. İmza mərasimində ilk olaraq Fequli 89 nömrəli forması ilə poza verdikdən sonra "Zədəm sağalmaq üzrədir. 2 həftə içində meydana qayıdacağımı ümid edirəm, amma qərar, təbii ki, baş məşqçinindir. Transferin reallaşmasını bir müddət gözlədik çünki çox detal var idi. Mənimlə bağlı heç bir problem yox idi" dedi.
16 Avqust 2017 11:08 İdman"Qalatasaray" yeni transferləri Maycon, Fequli, Ndiaye və Fernando üçün imza mərasimi təşkil edib. İmza mərasimində ilk olaraq Fequli 89 nömrəli forması ilə poza verdikdən sonra "Zədəm sağalmaq üzrədir. 2 həftə içində meydana qayıdacağımı ümid edirəm, amma qərar, təbii ki, baş məşqçinindir. Transferin reallaşmasını bir müddət gözlədik çünki çox detal var idi. Mənimlə bağlı heç bir problem yox idi" dedi.
Digər İstanbul klubu "Fənərbağça" ilə daha əvvəl görüşdüyünü də xatırladan əl-cəzairli oyunçu ""Fənərbağça" başda olmaqla Türkiyədən bir çox təklif aldım, lakin "Qalatasaray"dan gələn təklif işləri tamamilə dəyişdi. "Qalatasaray" Avropada bir istinad nöqtəsidir. Düşünmədən qəbul etdim" söyləyib.
"Mançester Siti"dən gələn Fernando isə "Premier Liqa ilə Super Liqanın müqayisəsi doğru olmaz. Amma məni Türkiyədə ilk cəlb edən şey templi və keyfiyyətli fulbol oynanmasıdır. Bir oyunçu üçün fanatların dəstəyi çox önəmlidir. "Qalatasaray" azərkeşlərinin mükəmməl olduğunu bilirdim, dünən də gördüm" vurğulayıb. Felipe Melo ilə bağlı sualı da cavablandıran Fernando "Felipe Melo Qalatasaray tərəfdarı üçün simvol idi, lakin mən buraya öz izimi qoymağa gəlmişəm" deyib. Milli.az