Şaban Donat: "Hər çəkidə medal gözləyirik"
“Qarşıdan gələn dünya çempionatında uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənirik. Heyətdə dünya və Avropa çempionları yer alıb". Bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat deyib.
15 Avqust 2017 19:00 İdman"Qarşıdan gələn dünya çempionatında uzun illərdir birlikdə çalışdığımız idmançılara güvənirik. Heyətdə dünya və Avropa çempionları yer alıb". Bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Şaban Donat deyib.
O, dünya çempionatında iştirak edəcək güləşçilərimizə böyük ümidlər bəslədiklərini bildirib: "Hər çəkidə medal gözləyirik. Ümumiyyətlə, bu gün Azərbaycan güləşçiləri dünyada ilk sıralarda mövqe tutublar. Çox yaxşı hazırlaşmışıq. Hədəfimiz hər zaman olduğu kimi uğurlu çıxışımızla azarkeşləri sevindirməkdir".
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı avqustun 21-26-da baş tutacaq. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də qadın, 25-26-da isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sia.az