ABŞ alimləri: Ağlamaq insanı stressdən azad edir

Məlum olduğu kimi, gülüş ömrü uzadır, ağlamaqla isə iş düzəlmir. Alimlərin fikrincə, gülüşlə immuniteti, ağlamaqla sağlamlığı möhkəmləndirmək olar. Britaniya və ABŞ-da göz yaşlarının öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılıb.

ABŞ-ın Minnesota və Britaniyanın Lankaster universitetlərinin alimləri ağlamaq və onun orqanizm üçün nəticələrinin öyrənilməsi ilə məşğul olublar. Demə, ağlamaq faydalıdır, lakin nə vaxt və nə qədər ağlamağın da əhəmiyyəti vardır.

Minnesota Universitetinin alimləri qısa müddət ağlayan adamların 88,8 faizinin səhhətinin yaxşılaşdığını müəyyən ediblər. Məsələ burasındadır ki, insan onu ağlamağa vadar edən stressdən azad olur. Ağlayarkən orqanizmdə ürək tutmasına səbəb olan maddənin ifrazı baş verir. Bundan əlavə, ağlama dərindən nəfəsalma ilə müşayiət olunur. Bu isə stress hormonu olan kortizolun səviyyəsini azaldır.

Professor Uilyam Freyin sözlərinə görə, göz yaşları emosional və fiziki ola bilər. Birinci göz yaşlarına səbəb stress vəziyyətidir. Bu göz yaşlarının tərkibi ağrı zamanı yaranan göz yaşlarından fərqlənir. Emosional göz yaşları sayəsində arterial qan təzyiqi tənzimlənir, damarlar genişlənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31