Berlindən Trampa İTTİHAM: “Bütün dünya şoka düşüb”
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampı Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar “ağlasığmaz davakar ritorika”da ittham edib. Almaniya xarici siyasət idarəsinin başçısı bu haqda “Kölner Stadt-Anzeiger“ nəşrinə müsahibəsində bildirib.
15 Avqust 2017 17:49 DünyaAlmaniyanın xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampı Şimali Koreya ətrafında vəziyyətlə əlaqədar "ağlasığmaz davakar ritorika"da ittham edib. Almaniya xarici siyasət idarəsinin başçısı bu haqda "Kölner Stadt-Anzeiger" nəşrinə müsahibəsində bildirib. "Belə münaqişələr bəyanatlardan başlanır və hərbi əməliyyatla başa çatır. Bütün dünya Birləşmiş Ştatların siyasətindən şoka düşüb. Anlamaq çətindir, orada əsas kimdir?" - alman nazir qeyd edib. Onun sözlərinə görə, vəziyyətin təhlükəsi ondan ibarətdir ki, eskalasiya bilmədən müharibəyə gətirib çıxara bilər. Publika.az