Kərimdən övladı barədə danışanlara SƏRT SÖZLƏR: “Gedin...”

Tanınmış ifaçı Kərim Abbasov oğlanları ilə gündəmə gəlib. Buna səbəb onun ikinci oğlu Yusiflə fotolar paylaşıb, böyük oğlu Səidi isə diqqətdən kənarda qoyması olub. Yayılan söz-söhbətə instaqram hesabında açıqlama gətirən Kərim bunları yazıb: “Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir.

Tanınmış ifaçı Kərim Abbasov oğlanları ilə gündəmə gəlib. Buna səbəb onun ikinci oğlu Yusiflə fotolar paylaşıb, böyük oğlu Səidi isə diqqətdən kənarda qoyması olub. Yayılan söz-söhbətə instaqram hesabında açıqlama gətirən Kərim bunları yazıb: "Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir. Şərhlərdə gic-gic suallar yazırlar: "Hanı sənin o biri oğlun? Niyə onu göstərmirsən? Yusif olandan sonra onu göstərmirsən. Sənin doğma övladın deyil?" kimi bəzi dəxlisiz suallar ünvanlanır. Sizə cavab verirəm. Səid mənim öz övladımdır və ya deyil, bundan kimə nə? Onu övladlığa götürmüşəm, yaxud da zibillikdə tapmışam sizə nə? Sizə kim bu ixtiyarı verib? Yoxsa Səidi siz geyindirib, siz dolandırırsınız? Bölüşərəm, ya yox, bu, mənə aiddir. Gedin öz övladınızın gələcəyi haqqında düşünün. Mənim Səidimin isti-soyuqluğu heç kimə qalmayıb".

Qeyd edək ki, Kərim Təranə adlı xanımla ailəlidir. Sənətçi 2012-ci ildə ata olduğu xəbərini yaymışdı. Ötən ilin sentyabrında isə o, ikinci dəfə ata olduğunu bildirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31