“Kaytaq” tikməsi üzrə ustad dərslər təşkil olunacaq

Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir. “Olaylar”  bildirir ki, sentyabrın 5-21 – i tarixlərində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq.

Xalça Muzeyi "Azərbaycanın mədəni sərvəti" layihəsini həyata keçirir. "Olaylar"  bildirir ki, sentyabrın 5-21 - i tarixlərində Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində Dağıstanın dargin "Kaytaq" tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Raisa İsmayılova antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.

Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq. Ustad dərslər tam pulsuzdur. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar.  İştirak etməkdənötrü qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət etməyiniz xahiş olunur: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31