“Skaut Konfransının Bakıda keçirilməsi gənclərə qayğı siyasətinin nəticəsidir”
“Bakı bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün münasib yer sayılır. Bu da Azərbaycana dünya ictimaiyyəti və siyasi dairələr tərəfindən verilən qiymətdir”. Bu fikirləri politoloq İlqar Vəlizadə Bakıda keçirilən və 157 ölkənin təmsilçisinin qatıldığı Dünya Skaut Konfransından danışarkən deyib.
15 Avqust 2017 15:54 Siyasət"Bakı bu cür beynəlxalq tədbirlərin keçirilməsi üçün münasib yer sayılır. Bu da Azərbaycana dünya ictimaiyyəti və siyasi dairələr tərəfindən verilən qiymətdir". Bu fikirləri politoloq İlqar Vəlizadə Bakıda keçirilən və 157 ölkənin təmsilçisinin qatıldığı Dünya Skaut Konfransından danışarkən deyib. O qeyd edib ki, eyni zamanda təcrübə göstərir ki, Azərbaycanda keçirilən tədbirlər yüksək səviyyədə təşkil edilir və bu əks-səda doğurur: "Son illər ərzində ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi infrastruktur yaradılıb. Belə ki, nəqliyyat infrastrukturu, mehmanxanaların dünya standartlarına uyğun xidmətini cəlbedici faktor kimi qeyd etmək olar". Politoloq əlavə edib ki, Skaut Konfransı xüsusi əhəmiyyət kəsb edir, çünki bu dünya gənclərinin iştirakı ilə baş tutan vacib tədbirdir: "Bakı sentyabrda da gənc liderlərin beynəlxalq tədbirində ev sahibliyi edəcək. Hesab edirəm ki, bütün bunları Azərbaycanda gənclərə qayğı siyasətinin nəticəsi kimi qiymətləndirmək olar". Azadinform.az