Kafedə bıçaqlanma-ölən və yaralanan var

Qaradağ rayonunda fəaliyyət göstərən kafelərin birində kütləvi dava olub. DİN-dən verilən məlumata görə, avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib.

Qaradağ rayonunda fəaliyyət göstərən kafelərin birində kütləvi dava olub. DİN-dən verilən məlumata görə, avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31