Gündəm
Avropa Şurasının bir sıra ölkələrə qarşı sərt mövqeyi yolverilməzdir
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq görüşün tarixi bir gündə keçirildiyini vurğuladı. Bildirdi ki, bu gün Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanan yeni Saziş “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini 2050-ci ilə qədər uzadır.
Yeni sayt fəaliyyətə başladı
Sentyabrın 15-də Azərbaycanda yeni sayt fəaliyyətə başlayıb. “Olaylar” bildirir ki, “Parafraz” – “parafr.az” adlanan xəbər portalı oxucuları, əsasən, ölkədə və dünyada baş verən mədəniyyət, incəsənət, ədəbiyyat hadisələri ilə bağlı məlumatlandıracaq. Eyni zamanda, saytda bu istiqamətdə müəllif yazılarının, müsahibə və materialların işıqlandırlması nəzərdə tutulub. Bundan başqa, “Parafraz” oxuculara gündəlik ictimai-siyasi həyatda baş verən yeniliklərlə bağlı dolğun informasiya çatdıracaq. Saytın təsisçisi və baş redaktoru gənc yazar Cavid Qədirdir.
Yeni əsrin yeni müqaviləsi
Bu günlərdə Azərbaycan daha bir uğura imza ataraq dünyanın diqqətini bir daha özünə yənəltdi. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindən gedir. Məlum olduğu kimi sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində sözügedən sazişin imzalanması mərasimi keçirilib.
Ermənistanda kimin baş nazir olacağı dəqiqləşdi
2018-ci ildə Ermənistanda baş nazirin kim olacağı haqda müzakirələrə son qoyulub. Hakim Respublikaçılar partiyasında hazırki baş nazir Karen Karapetyanın vəzifəsində qalmasına dair razılıq əldə olunub.
Poroşenko özünü təriflədi: “Mən sülh prezidentiyəm”
Ukrayna prezidenti Pyotr Poroşenko özünü sülh prezidenti adlandırıb. Poroşenko "Yalta Avropa strategiyası" adlı forumunda Ukraynanın sülh istədiyini bəyan edib. “Biz düşmənin üzərinə hücum etmək ideyasına nifrət edirik.
Aqrar sektorun inkişafında icra strukturların rolu
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Xüsusən, kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi dövlətin prioritet məsələlərindən hesab olunur.
Uşaqların şəxsiyyət kimi formalaşması...
Müasir qlobal şəraitdə uşaq hüquqlarının qorunması ən aktual məsələlərdən birinə çevrilib. Bu baxımdan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur.
Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik
Şimal qonşumuz yenə Dağlıq Qarabağ probleminin həllində diplomatik fəallığı artırmaq niyyətində görünür. Ancaq bu dəfə Moskvanın fəallığı rəsmi səviyyədən daha çox qeyri-rəsmi səviyyədə özünü göstərir. Hər halda son günlər şimaldan müxtəlif ekspert və analitiklər tərəfindən Qarabağ problemi ilə bağlı verilən açıqlamalar, eləcə də bu günlərdə Rusiyanın paytaxtında "Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" mövzusunda keçirilən konfrans belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, konfransda Rusiya və Azərbaycandan olan deputatlar, o cümlədən qonşu ölkənin ekspertləri iştirak ediblər. Konfransın işinə qatılan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tədbir barədə fikirlərini bölüşərkən Rusiya paytaxtında keçirilən “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda konfransda hər iki ölkədə yaşayan icmaların rəhbərlərinin, siyasətçilərin və ekspertlərin iştirak etdiyini bildirib. O, bildirib ki, tədbirin təşkilatçıları – tanınmış ictimai-siyasi xadimlər Aleksandr Dugin və Aleksandr Proxanov bir müddət əvvəl Azərbaycanda olublar və konfrans da məhz onların təşəbbüsü ilə keçirilib: “Konfransda prezidentlər İlham Əliyevin və Vladimir Putinin Soçi görüşündən sonra münasibətlərimizin inkişafının yeni mərhələsindən bəhs olundu.
Azərbaycan Surinamdan ağac idxal edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş olub. “Olaylar” bildirir ki, görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb, eyni zamanda Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə görülən ardıcıl işləri diqqətə çatdırıb.
Keçmiş məhkumdan marixuana götürülüb
Samux rayon sakinindən 478 qr marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Həzrətovdan 478 qram marixuana götürülüb.
Akkumlyator oğrusu yaxalanıb
Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 3-də və 9-da rayon ərazisindəki 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Xəqani Mehdiyev tutulub.
Arvadını bıçaqladı, qonşusunu öldürdü
Qonşusu Ağarəhim Kərimovu qətlə, arvadı Xanıma bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib.
Növbəti erməni təxribatının qarşısı alınıb
Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən mlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb. Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.
138 – ci mövsümü “Kralın yeni libası” açacaq
Sentyabrın 20 – də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 138-ci mövsümün açılışı olacaq. Açılış Hans Xristian Andersenin “Kralın yeni libası” nağılı əsasında hazırlanmış nağıl-tamaşanın premyerası ilə baş tutacaq. "Olaylar" bildirir ki, tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.
“Toylarımızda vəziyyət bərbaddı”
Təbii ki, hər bir uşağın müəyyən sənətə yiyələnməsində valideynlərinin rolu olur. Və bir də Allahın qisməti deyilən bir şey var. Quranda da buyurulur ki, sənətlərinizin müxtəlifliyi, rənglərinizin, irqlərinizin müxtəlifliyi onun qüdrət əlamətlərindəndi. Yəni, hər bir insan müxtəlif peşə, sənətlə məşğul olur ki, bu da həyatın qanunauyğunluğudu. Mənim bu sənəti seçməyimdə valideynlərimin, düşdüyüm mühitin və tanrının qismətinin rolu danılmazdı.














