Ermənistanda kimin baş nazir olacağı dəqiqləşdi
2018-ci ildə Ermənistanda baş nazirin kim olacağı haqda müzakirələrə son qoyulub. Hakim Respublikaçılar partiyasında hazırki baş nazir Karen Karapetyanın vəzifəsində qalmasına dair razılıq əldə olunub.
15 Sentyabr 2017 13:35 Dünya2018-ci ildə Ermənistanda baş nazirin kim olacağı haqda müzakirələrə son qoyulub. Hakim Respublikaçılar partiyasında hazırki baş nazir Karen Karapetyanın vəzifəsində qalmasına dair razılıq əldə olunub. Karapetyan vəzifəsində qalacaq. Bu xəbər Respublikaçılar partiyasına hakimiyyətin ən yuxarı təbəqəsindən daxil olub.
Bu müddət ərzində kimin özünü necə aparacağını öyrənmək məqsədilə ErmənistanınPrezident Aparatı bu barədə məlumat yaymağa tələsmir. Karapetyan, yoxsa Serj Sarkisyan seçimində kim hansı mövqeni tutacaq? Bu, həmçinin SerjSarkisyana kimin necə xidmət edəcəyinə dair çoxları üçün sınaq müddətinə çevriləcək. Karen Karapetyan isə ona qarşı olan şəxsləri asanlıqla müəyyən edə biləcək.
Son anda qərarın dəyişdirilmə ehtimalı da var. KİV-in məlumatına görə, mənbə artıq qəti qərarın qəbul edildiyini və bunun dəyişdirilməsinin mümkun olmayacağını bildirib. AzVision.az "İrates"-ə istinadən xəbər verir.