Gündəm
Övladını xilas etsə də, özü ölən ananın düşdüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakının Yasamal rayonunda marşrut avtobusunun vurduğu qadın dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan 1988-ci il təvəllüdlüƏsgərova Günel Adəm qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə nəticəsində qadının qucağında olan 1 yaşlı uşaq isə yüngül xəsarət alıb. Avtobusun sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.
2 qadını zorlayan şəxsə həbsxanada "Fifty shades of grey" izlətdirildi
Britaniyada həbsxanada qəribə olay baş verib. İki qadını zorlayan şəxs həbsdə məşhur erotik dram "Fifty shades of grey"i izləyib. Kayron Hatçinson adlı 20 yaşlı təcavüzkar ifadə verdikdən sonra həbsxanada "Fifty shades of grey"i izləyib.
Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
Misirin Qahirə və Ayn-Şəms universitetlərində Ədəbiyyat fakültəsinin Şərq dilləri, o cümlədən Azərbaycan dili ixtisası üzrə təhsil alan yerli tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi keçirilib. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin birgə təşkil etdiyi müsabiqədə 29 yaşınadək olan 16 gənc iştirak edib. Onlardan 4 nəfəri müsabiqənin qalibi elan edilib.
Paytaxt məktəblərində “Bilik Günü” qeyd edilib
Bu gün paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.
"Şahdağ"dan ittiham: "Dağıstan çempionatında oynayarıq"
Komandamızı I diviziona niyə buraxmadıqlarını bilmirəm. Səbəbini öyrənəcəyik. Bu sözləri apasport.az saytına açıqlamasında "Şahdağ" komandasının baş məşqçisi Kamran Əlibabayev deyib.
Cinayət işi istintaqa qaytarıldı, müstəntiq barədə xüsusi qərar çıxarıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Xəqani İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə cinayət işinin ibtidai istintaqı zamanı qanun pozuntularına yol verildiyi məlum olub. Buna görə məhkəmə işin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edib.
Dələduzluqda təqsirləndirilən ADU tələbəsinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Kənan Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Ana qızını qaşıqla döydü, eyvandan atmaq istədi
Avstraliyada ana qızını qaşıqla döyüb. 26 yaşlı ana Lorie Normanın 13 il müddətinə həbs olunması tələb edilib. O, qızını döydükdən sonra polisə zəng edib. Qadın polislərə gəlməzlərsə, qızını eyvandan atacağını söyləyib.
Hesablama Palatasının səlahiyyətləri artırılır
“Hesablama Palatası haqqında” qanun dəyişdirilir. “Olaylar”ın məlumatına görə, dəyişiklikliyə əsasən Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirilməsi nəzərdə tutulur: Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının ğzəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamnı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərir.
Rəqabət Məcəlləsi yenə də mübahisəyə səbəb oldu
“Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda mənim Prezident Administrasiyasının rəsmisi ilə görüşüm oldu. Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq, qanunda bir neçə mübahisəli məsələlər var.
Deputat bank rəhbərlərini Milli Məclisə dəvət etdi
“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.“Olaylar” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
Azərbaycanın müstəqilliyinə verilən töhvə
““Yeni Əsrin Müqaviləsi” ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək”.
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Əli Kərimlinin köməkçisi azadlığa buraxıldı
Fəaliyyətini dayandırmış "Azadlıq" qəzetinin əməkdaşı Faiq Əmirlinin apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Məhkəmə onun həbsdən buraxılmasına qərar verib.
ABŞ-dan İrana növbəti sanksiya dalğası
ABŞ İranın 7 vətəndaşı və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir. “Bu tədbirlər kütləvi qırğın silahının yayılmasına qarşı yönəlmiş hökumətin 13382 saylı sərəncamına uyğun olaraq görülüb”, - deyə sənəddə bildirilir.














