Azərbaycanın müstəqilliyinə verilən töhvə
““Yeni Əsrin Müqaviləsi” ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək”.
15 Sentyabr 2017 12:29 SosialDeputat: "Yeni Əsrin Müqaviləsi" ölkəmiz üçün çox əhəmiyyətlidir"
""Yeni Əsrin Müqaviləsi" ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək". "Olaylar" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək. Deputat Vahid Əhmədov isə bildirib ki, "Əsrin müqaviləsi"nin davamı olaraq imzalanan sənədin Azərbaycan üçün böyük əhəmiyyəti var:"SOCAR-ın payının artırılması, həmçinin Azərbaycanın mənfəət neftində payınmın artırılması çox əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar, dövlətlər, maliyyə şirkətləri Azərbaycanda bu kontraktın imzalanmasında iştirak etdilər. Bu da müstəqilliyə verilən töhfədir".