Gündəm

Erməni mahnısı çalındığı deyilən Masazır məktəbdən CAVAB - VİDEOFAKT

15 Sentyabr 2017 12:21

Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar. Valideynlərdən birinin sosisal şəbəkədə yazdığına görə rəqs üçün seçilən musiqi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub.

Məşhur müğənni xəstəxanalıq oldu - Konserti təxirə salındı

15 Sentyabr 2017 12:19

Amerikalı pop müğənnisi Ledi Qaqa budunda kəskin ağrılarla əlaqədar Braziliyadakı konsertini təxirə salmalı olub. Bu barədə müğənni öz "Twitter" səhifəsində yazıb. O, xəstəxanaya yerləşdirildiyini də məlumat verib: "Bu adi ağrı deyil, çox kəskin ağrıdır. Mən indi həkim nəzarətindəyəm".

Polkovnik: "Bizim baza olmasaydı, Azərbaycan Qarabağı çoxdan yemişdi..."

15 Sentyabr 2017 12:17

ABŞ-ın Suriya müxalifətini silahlandırmaq üçün Almaniyadakı Ramşteyn hərbi bazası üzərindən keçmiş Varşava blokuna üzv ölkələrin anbarlarından 2 milyard dollarlıq silah-sursat göndərdiyi üzə çıxıb.

""Arsenal" turnirin ən yaxşı komandalarından biridir"

15 Sentyabr 2017 12:13

"Arsenal" Avropa Liqasının qrup mərhələsində çıxdığı ilk oyunda "Köln"ə qalib gəlib - 3:1. Oyunda qollardan birinin müəllifi olan Ektor Belyerin görüşdən sonra bunları deyib: "Bizim üçün Avroliqa yeni turnirdir.

Avtomobildə siqaret və araq aşkar edildi

15 Sentyabr 2017 12:12

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Mercedes-Benz Vito” markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Xəzər rayonunda 6 otaqlı ev yanıb

15 Sentyabr 2017 12:09

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının qurtuluş günü-15 sentyabr

15 Sentyabr 2017 12:07

“Bu gün Nuri Paşanın komutanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür. Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər, bu gün Bakının məhz bir Azərbaycan şəhəri kimi qalmasını təmin ediblər.

Sarkisyanın generalı işdən qovulur

15 Sentyabr 2017 12:03

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan prezident Serj Sarkisyanın kadrlarını nazirlikdən təmizləməyə başlayıb. Bu barədə Ermənistanın “Çİ” qəzeti məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, ilk hədəf general Haykaz Bağmanyandır. Belə ki, o, tezliklə Müdafiə Nazirliyinin təqaüddə olan generalları sırasına qoşulacaq.

Ermənilərin hərbi maşını aşdı - Yaralılar var

15 Sentyabr 2017 11:59

Dünən saat 21:55 radələrində Şirak vilayətinin Sarnaxpyur kəndi yaxınlığında Ermənistanın Müdafiə Nazirliyinə məxsus “ZİL-131” və 34-AL-117 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobillər toqquşub. 

London metrosunda PARTLAYIŞ - SON DƏQİQƏ

15 Sentyabr 2017 11:58

İngiltərənin paytaxtı Londonda metroda partlayış baş verib. Bu haqda “The Sun” qəzeti yazıb. Zərəçəkənlərin olduğu bildirilir. Hadisənin terror hücumu olub-olmadığı məlum deyil. 

Bu il Azərbaycanda tələbə adını qazanan hər 20 abituriyentdən biri AzTU-nu seçib 

15 Sentyabr 2017 11:56

Sentyabrın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) “Bilik Günü” münasibətilə tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını “Bilik Günü” münasibətilə təbrik edib.

Ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq

15 Sentyabr 2017 11:55

2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərində 1 445 049 şagird təhsil alacaq.  Bu barədə məlumat “OLAYLAR”-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir. 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib,  ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. 

Turizm bələdçiləri üçün Geyim Kodeksi hazırlanacaq 

15 Sentyabr 2017 11:55

Gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclas iştarıçıları daxili bazarda müşahidə olunan cari problemləri müzakirə edib, ölkəyə gələn turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və qarşıda duran çağırışlarla cavab vermək üçün təkliflər səsləndirilib.

Düşmən cəbhədə yenə minaatanları işə saldı

15 Sentyabr 2017 11:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sərnişin gəmisi batdı: 53 ölü

15 Sentyabr 2017 11:49

Qərbi Afrikada yerləşən Nigeriya sahillərində içində 100-150 sərnişin olan gəmi batıb. Hadisə nəticəsində 53 nəfər həlak olub. Hadisə ilə bağlı Nigeriya Fövqəladə Hallar Agentliyindən (NEMA) açıqlama verilib.