Turizm bələdçiləri üçün Geyim Kodeksi hazırlanacaq
Gəlmə turizm komitəsinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclas iştarıçıları daxili bazarda müşahidə olunan cari problemləri müzakirə edib, ölkəyə gələn turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və qarşıda duran çağırışlarla cavab vermək üçün təkliflər səsləndirilib.
15 Sentyabr 2017 11:55 SosialGəlmə turizm komitəsinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclas iştarıçıları daxili bazarda müşahidə olunan cari problemləri müzakirə edib, ölkəyə gələn turistlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və qarşıda duran çağırışlarla cavab vermək üçün təkliflər səsləndirilib.
Komitə üzvləri turistlərə xidmət göstərən bələdçilərin qeyri-peşəkar davranışları, onların xidmətinin aşağı səviyyədə olması haqda danışıb və bələdçilərin Geyim Kodeksinin hazırlanmasını təklif ediblər. Bundan başqa xarici turist şirkətlərinin Azərbaycanda qeyri sağlam fəaliyyətinin bazara ziyanından danışılıb.
Otellərin yerli şirkətlərlə iş birliyinə getməməsi, bəzilərinin turist qruplarına tətbiq etdiyi qiymətlərin individudal paketlərdən baha olması qeyd olunub.
Müzakirələr zamanı həmçinin gələn turistlərdə tibbi sığortanın tətbiqinin vacibliyi vurğulanıb.