Bakının qurtuluş günü-15 sentyabr

“Bu gün Nuri Paşanın komutanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür. Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər, bu gün Bakının məhz bir Azərbaycan şəhəri kimi qalmasını təmin ediblər.

"Bu gün Nuri Paşanın komutanlığı altında olan Qafqaz İslam Ordusunun indi içində rahat dolaşdığımız, paytaxtımız kimi təbliğ etdiyimiz, haqqında şeirlər yazıb, mahnılar oxuduğumuz bu şəhəri erməni-bolşevik qatillərindən azad etdiyi gündür. Onlar bu torpaq uğrunda şəhid olublar, bizi erməni-bolşevik soyqırımından xilas ediblər, bu gün Bakının məhz bir Azərbaycan şəhəri kimi qalmasını təmin ediblər. Mart qırğınının qisasını layiqincə düşməndən alıblar. Sonra da bu şəhəri ciblərinə qoyub aparmayıblar, dərhal paytaxta çevirmək üçün yeni yaranmış Azərbaycan Miĺli hökumətinə təhvil veriblər". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə,  gələn il bu vaxt Bakının işğaldan azad olunmasının 100 illik tarixi yubileyidir: "Təbii ki, tariximizdə olub-keçmiş ən şərəfli zəfər günü olmasına rağmən rəsmi bayram kimi layiqincə bu il də qeyd olunmayacaq, ola bilsin ki, 100 illik yubileyində də göyə görüntü üçün 5-6 fişəng buraxılacaq, bunlara düşüncəmizi yönəltmək də vacib deyil. Əsas olan millətin yaddaşıdır. Hər kəs Azərbaycanı, Bakını xilas etmiş Türk əsgərinin ruhuna dualarını əsirgəməsin, müəllim orta məktəbin, kollecin, universitetin auditoriyasında iki dəqiqə də olsa bu şərəfli günümüz barədə, milli qəhrəmanımız Nuri Paşa barədə övladlarımıza bilgi versin, imkanı çatanlar Şəhidlər Xiyabanında Qəhrəman türk əsgərinin abidə-məzarlığını ziyarət etsin! Qoy Allah, bizləri xilas etmiş bu şəhid qəhrəmanların ruhu qarşısında millət olaraq, ayrıca Azərbaycan vətəndaşı olaraq duyarsız davranışlmıza görə günahımızı bağışlasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31