Gündəm
Azərbaycanlı iş adamının oğlunun 2 milyonluq avtomobili müsadirə edildi
Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərkana məxsus lüks avtomobillərdən birinə Türkiyədə həbs qoyulub. Qərar yerli turizm şirkətlərindən birinin şikayəti əsasında qəbul edilib. Məlumata görə, Telman İsmayılovun sahibi olduğu “Mardan Palace” hotelinin şirkətə 465 min lirə borcu var.
Yadplanetlilərlə insanların GÖRÜŞ TARİXİ BƏLLİ OLDU: ola bilsin ki...
Dünyada insan oğlunu ən çox maraqlandıran suallardan biri kainatda başqa canlıların yaşayıb-yaşamamasıdır. Bu suala cavab tapmaq üçün NASA və bir sıra mütəxəssislər müxtəlif araşdırmalar aparır, durmadan çalışır, kainatın bizə bəlli olmayan tərəfləri haqqında izlər axtarırlar.
Müğənninin həbs edilən keçmiş əri: İntihar edəcəm
İşın Karacanın keçmiş həyat yoldaşı Sedat Doğan Braziliyada oğurluq edərkən tutulub. İşın Karacanın 2011-ci ildə evlənib, 2013-cü ildə boşandığı və qızı Saşa Mianın atası Sedat Doğan keçən il müğənni Demet Akalın başda olmaqla bir çox müğənniyə qarşı dələduzluq edib.
Azərbaycanda Kredit Zəmanət Fondu yaradılır
Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Daha bir Azərbaycan vətəndaşı axtarışa verildi
İnterpol daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib. Barəsində axtarış elan olunan şəxs 1959-cu il təvəllüdlü, Bakıda anadan olmuş İvan Smaqliy Nikolayeviçdir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda törədildikdə) maddəsi ilə ittiham olunub.
Parisdə metroda əsgərə bıçaqla hücum edən şəxs saxlanıldı
Parisdə əlində bıçaq olan şəxs metroda patrula çıxan əsgərə hücum edib. Əli bıçaqlı naməlum şəxs metronun Chatelet stansiyasında patrula çıxan əsgərə hücum edib. Həmin şəxs saxlanılıb. Hücum nəticəsində yaralanan olmayıb. Araşdırma aparılır.
Almaniya yığmamızla oyuna yeni heyətlə çıxır
Qadın voleybolçulardan ibarət Almaniya millisinin heyəti açıqlanıb. Avro-2017-də yığmamızın rəqibi olan Bundestimin baş məşqçisi Feliks Kozlovski güvənəcəyi "14-lüy"ü müəyyənləşdirib. O, təcrübəlilərin və ölkə xaricində oynayan voleybolçuların əksəriyyətindən imtina edib. Kozlovskinin ölkəmizə gətirəcəyi heyətin 50 faizi - 7 nəfəri Avropa çempionatında debüt görüşünə çıxa bilər. Bunlar İrina Kemmisi, Mari Şoeltsel, Liza Qründinq, Leoni Şvertmann, Luiza Lippmann, Tanya Qrosser və Anna Poqanidi. Komandada orta yaş həddi isə 24,6-dı.
Azərbaycan xurması və fındığı qızıl medala layiq görülüb
“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və Sərgi təşkilatçılarının diqqətini cəlb edən “Bal Xurma” və “Azərstar” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb
Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir.
Milli Şuranın sədri Dünya İqtisadiyyat Forumunun illik yığıncağında
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadi Forumunun “Global Shapers” icmasının İllik Yığıncağında iştirak edib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, Ceneva şəhərində keçirilən “Global Shapers” icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadi Forumu təsisçisi və rəhbəri Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2018-ci ilin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.
Dünyada elektron ticarətin satış həcmi yüksəlir
“Statista” təşkilatının məlumatına görə, qlobal bazarda elektron ticarətdə satışların həcmi yüksək templə artacaq, çünki bir çox pərakəndə tacirlər onlayn satış və internet marketinqdə maraqlıdırlar.
Elektrik enerjisiz işləyən kondisionerləşdirmə sistemi yaradılıb
Stenford Universitetinin alimləri əsasında işləməsi üçün elektrik enerjisi tələb etməyən kondisionerləşdirmə sisteminin yaradıldığı yüksək texnologiyalı optik səth təqdim ediblər.
“Bluetooth” dəstəkli milyardlarla qurğu təhlükə qarşısındadır
“Armis” şirkətinin təhlükəsizlik mütəxəssisləri dünyada 8 milyard qurğuda istifadə edilən “Bluetooth” protokolunda 8 boşluq aşkar ediblər. Boşluqlar dəsti “BlueBorne” adlandırılıb.
“iOS 11” mobil əməliyyat sisteminin çıxarılma tarixi açıqlanıb
“Apple” şirkəti “iOS 11” mobil əməliyyat sisteminin təqdimetmə tarixini açıqlayıb. ABŞ şirkətinin istehsalı olan mobil qurğuların istifadəçiləri 19 sentyabr 2017-ci ildən etibarən yeniləmələri pulsuz quraşdıra bilərlər.
Aşıq Ədalət sabah Bakıda dəfn olunacaq
Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq. Bu barədə aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib. Onun sözlərinə görə, ustad aşığın dəfn olunacağı qəbiristanlıq hələlik dəqiqləşməyib: “Hələlik qəti qərara gələ bilməmişik. Bakıdakı qəbiristanlıqların birində dəfn olunacaq. Sabah saat 12-də öz evimizdə - Mirqasımov küçəsi, 4 ünvanında vida mərasimi təşkil olunacaq”.














