Milli Şuranın sədri Dünya İqtisadiyyat Forumunun illik yığıncağında
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadi Forumunun “Global Shapers” icmasının İllik Yığıncağında iştirak edib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, Ceneva şəhərində keçirilən “Global Shapers” icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadi Forumu təsisçisi və rəhbəri Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2018-ci ilin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.
15 Sentyabr 2017 11:22 SosialGənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadi Forumunun "Global Shapers" icmasının İllik Yığıncağında iştirak edib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, Ceneva şəhərində keçirilən "Global Shapers" icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadi Forumu təsisçisi və rəhbəri Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2018-ci ilin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.
Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının sədri Dünya İqtisadiyyatı Forumunun gənclər icmasının Bakı mərkəzinin kuratorudur.
Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Forumun gedişatı zamanı artıq bir neçə ildir ki əsas fəaliyyətlərdən biri kimi "Shaping Davos" fəaliyyəti həyata keçirilir. "Shaping Davos" dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün bir vasitədir. "Shaping Davos" Dünya İqtisadi Forumunun gənclər platforması olan "Global Shapers" tərəfindən icra olunur.