Azərbaycanlı iş adamının oğlunun 2 milyonluq avtomobili müsadirə edildi

Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərkana məxsus lüks avtomobillərdən birinə Türkiyədə həbs qoyulub. Qərar yerli turizm şirkətlərindən birinin şikayəti əsasında qəbul edilib. Məlumata görə, Telman İsmayılovun sahibi olduğu “Mardan Palace” hotelinin şirkətə 465 min lirə borcu var.

Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərkana məxsus lüks avtomobillərdən birinə Türkiyədə həbs qoyulub. Qərar yerli turizm şirkətlərindən birinin şikayəti əsasında qəbul edilib. Məlumata görə, Telman İsmayılovun sahibi olduğu "Mardan Palace" hotelinin şirkətə 465 min lirə borcu var.

Həbs qərarı verilən "Rolls-Royce Ghost" markalı avtomobilin 2 milyon lirə (təxminən 583 min dollar) qiyməti olduğu bildirilir. Borc 15 gün ərzində odənilməyəcəyi halda, avtomobil hərraca çıxarılaraq satılacaq. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31