Müğənninin həbs edilən keçmiş əri: İntihar edəcəm
İşın Karacanın keçmiş həyat yoldaşı Sedat Doğan Braziliyada oğurluq edərkən tutulub. İşın Karacanın 2011-ci ildə evlənib, 2013-cü ildə boşandığı və qızı Saşa Mianın atası Sedat Doğan keçən il müğənni Demet Akalın başda olmaqla bir çox müğənniyə qarşı dələduzluq edib.
15 Sentyabr 2017 11:41 Dünyaİşın Karacanın keçmiş həyat yoldaşı Sedat Doğan Braziliyada oğurluq edərkən tutulub. İşın Karacanın 2011-ci ildə evlənib, 2013-cü ildə boşandığı və qızı Saşa Mianın atası Sedat Doğan keçən il müğənni Demet Akalın başda olmaqla bir çox müğənniyə qarşı dələduzluq edib. Sedat Doğan günlər öncə Braziliyanın Sao Paulo şəhərindəki bir restoranda üç müxtəlif kredit kartından ödənişə cəhd göstərərkən yaxalanıb. Braziliyaya getməmişdən əvvəl tez-tez Şişlidəki Lape Psixiatriya xəstəxanasına gətirilən Sedat Doğan hər dəfəsində qaçıb.
O, Sao Pauloda sörfçülərin fotolarını çəkməklə pul qazanmağa çalışıb. Ancaq küçə mafiyası tərəfindən oğurlanaraq döyülüb. O, küçələrdə ac yatıb. Həftələrlə çimməyib. Sedat ac qalmamaq üçün oğurluq etməyə başlayıb. Sedat Doğan bir neçə dəfə qohumlarına zəng edərək: "Bezdim, çox məyusam. İntihar edəcəm. Tək istədiyim şey qızımı görməkdir. Saşa Mia üçün çox darıxdım".