Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb  

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir.

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Son illərdə avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilir. "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu tədbirlərin davamı olaraq, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun əsaslı təmir olunması zərurəti yaranıb. Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xsusi diqqət ayıran dövlət başçısı ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, sözügedən avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (129-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən "Azəravtoyol" ASC tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib. Əsaslı təmir olunan yolun uzunluğu 35 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metrenində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Layihə çərçivəsində yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri, suların ötürülməsi üçün 68 ədəd müxtəlif ölçülü dəmir-beton boruların və 70 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulub. Əsaslı təmir işləri tamami ilə başa çatdıqdan sonra yola məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31