Gündəm
“Facebook” yeni proqramın sınaqlarına başlayıb
“Facebook” şirkəti videozənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb. Yeni servis istifadəçiləri video ünsiyyət qruplarında danışa, “Snapchat” üslubunda üzlərini maskalaya, eləcə də “Instagram”, “Facebook” və “Messenger” vasitəsilə ekrandan çəkilən şəkilləri (screenshot) mübadilə edə bilərlər. Məlumata görə, hazırda əlavədən yalnız Danimarkanın “iOS” platformalı qurğu istifadəçiləri yararlana bilərlər. “Facebook” nümayəndələrinin sözlərinə görə, “Bonfire” hələlik məhdud auditoriya üçün test mərhələsindədir. Bununla yanaşı, şirkət təmsilçiləri yeni xidmət barədə ətraflı məlumat verməkdən imtina ediblər.
General Novruzəli Orucovun oğlunun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Bildirilib ki, iş üzrə dindirilməmiş bir şahid qalıb, o da səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmir. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Qozun bağırsaqlara faydası sizi heyrətə gətirəcək
Araşdırmalar nəticəsində məlum olub ki, qoz bağıraqlardakı bakteriyaları məhv edib həzm sistemini yaxşılaşdırır. Araşdırma Louiziana Universitetinin Fiziologiya fakültəsinin kafedra müdiri Lauri Byerley tərəfindən aparılıb. O, açıqlamasında bildirib ki, araşdırma siçanlar üzərində aparılıb. Onlar iki hissəyə ayrılıb və onlardan yalnız bir qrupuna qoz verilib. Qoz yeyən siçanlarda yeməyənlərlə müqayisədə faydalı bakteriyaların sayının artdığı müşahidə olunub.
Sinqapurda ilk qadın prezident and içdi
Sinqapurda cümə axşamı ölkənin ilk qadın prezidenti Halima Yakobun inauqurasiya mərasimi keçirilib. Təntənəli andiçmə mərasimi ölkə baş naziri Li Syan Lunanın, Nazirlər Kabineti üzvlərinin, məhkəmə orqanları işçilərinin iştirakı ilə "İstana" adlı prezident sarayında keçirilib.
Polşanın idman naziri azərbaycanlı məşqçini mükafatlandırdı
20 ildən çoxdur Avropada yaşayan azərbaycanlı məşqçi Emin Hüseynov Polşanın İdman və Turizm naziri Vitold Bank tərəfindən diplomla mükafatlandırılıb. Bu barədə məlumatı diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib.
"Liverpul" azarkeşləri məşqçini istefaya dəvət edir
Bir qrup "Liverpul" azarkeşi komandanın baş məşqçisi Yurqen Kloppa qarşı kampaniyaya başlayıb. Artıq Tvitterdə KloppOUT mikrobloqu və heşteqi yaradılıb. Hesabı yaradan şəxs bildirir ki, Kloppu istefaya çağıran yazını oyunların birində təyyarə ilə stadion üzərindən uçurmaq niyyətindədir.
"Neftçi" - "Zirə" matçının başlanma saatı açıqlandı
Rəfiqəsi məşhur müğənniyə böyrəyini verdi
Rəfiqəsi Selena Qomezə böyrəyini verib. Selena Qomez bütün yayı çimərliyə getməməsinin səbəbini açıqlayıb. 25 yaşlı müğənni bildirib ki, ona böyrək köçürüldüyü üçün dənizə girmək, ictiami yerlərdə gəzmək qadağan olunub.
Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardinini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə UNİCEF-lə əməkdaşlıqda görülən işlərin nəticələri, həmçinin əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
İraqda ardıcıl iki terror hadisəsi - 50 ölü, 87 yaralı
İraqın cənubunda ardıcıl iki terror hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş tibb işçilərin hər iki insident nəticəsində 50 nəfərin olməsi barədə bildiriblər.
Putin Medvedyevi ad günü münasibətilə təbrik etdi
Rusiya prezidenti Valdimir Putin baş nazir Dmitriy Medvedyevi ad günü münasibətilə təbrik edib. Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. Mətbuat katibi təbriklə bağlı əlavə detallar açıqlamayıb.
Rusiyadan növbəti GÜC NÜMAYİŞİ
Rusiya Aralıq dənizində yerləşən “Böyük Novqorod” və “Kolpino” sualtı gəmilərdən “Kalibr” raketləri ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib.
35 yaşlı şəxs qatar qaçırdı - Polşada
Polşanın Legionovo şəhərində polis yük qatarını qaçıran şəxsi saxlayıb. Səhər saatlarında 35 yaşlı şəxs yük qatarının maşinist kabinəsinə daxil olaraq maşinistə hədə-qorxu gəlib və yola düşməyi tapşırıb. Qısa müddətdən sonra polis həmin şəxsi saxlayıb.
Rusiyada FACİƏ: 110 mədən işçisi yerin altında qaldı
Komi Respublikasında mədəndə qəza baş verib. Qəza ilə bağlı regionun fəvqəladə xidməti xəbər yayıb. Son məlumata görə, qəza nəticəsində təxminən 110 mədən işçisi yerin altında qalıb. Dəqiq olaraq həmin anda 109 işçinin mədəndə olması bildirilir.
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 21 Sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının şöbə şöbə müdiri Faiq Ağayev ayrı-ayrı qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.














