Rusiyadan növbəti GÜC NÜMAYİŞİ

Rusiya Aralıq dənizində yerləşən “Böyük Novqorod” və “Kolpino” sualtı gəmilərdən “Kalibr” raketləri ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib.

Rusiya Aralıq dənizində yerləşən "Böyük Novqorod" və "Kolpino" sualtı gəmilərdən "Kalibr" raketləri ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, raket zərbələrin hədəfi Deyr-ez-Zorda İŞİD-in kommunikasiya məntəqələri, həmçinin silah və sursat anbarları olub. Ümumilikdə, sualtı gəmilərdən 7 qanadlı raketi buraxılıb. Hədəflərə qədər uzaqlıq 500 kilometrdən 670 kilometrə qədər təşkil edib. Planlaşdırılmış bütün hədəflərin məhvi obyektiv nəzarət məlumatları ilə təsdiq edilib.

Qeyd edək ki, "Kolpino" və "Böyük Novqorod" gəmiləri Aralıq dənizinə avqustun 28-də daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31