Gündəm

Deputat: Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində mühüm addımlar atılır

14 Sentyabr 2017 18:01

“Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıb”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir.

Sahildə əcaib varlıq tapıldı

14 Sentyabr 2017 17:59

"Harvi"qasırğası Texas sahillərinə naməlum dəniz varlığı çıxarıb.  Texas sahillərində suyun dərinliklərində yaşayan qeyri-adi varlıqlar suyun üzünə çıxıb. Naməlum varlığın fotolarını çəkərək sosial şəbəkələrdə paylaşan Texas sakini qeyd edib ki, gözsüz və yekədişləri olan varlıq qorxulu görünür.

“TurAz Qartalı - 2017” təlimlərində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

14 Sentyabr 2017 17:56

TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi HavaQüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib. Müdafiə Nazirliyindən  bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

14 Sentyabr 2017 17:54

“Milli Elmlər Akademiyasının İnstitut direktorlarına tövsiyə edirəm ki, magistrlər və doktorantlara mövzular seçəndə xırdalığa yol verməsinlər. Xırdalıq keçmişdə qaldı”.  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə magistrlərlə görüşündə deyib.

Azərbaycan prezidenti AŞPA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB

14 Sentyabr 2017 17:53

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib. AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırıblar və bunu böyük tarixi hadisə kimi qiymətləndiriblər. Prezident İlham Əliyev imzalanan saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışıb.

AHİK sədri: Əmək miqrantlarının hüquqlarının qorunması vacib şərtdir

14 Sentyabr 2017 17:51

2017-ci il sentyabrın 12-də Moskvadakı  Əmək sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK)  VIII qurultayı keçirilib. Qurultayın işində sıralarında 50 milyon işçini birləşdirən MDB müstəqil dövlətlərinin həmkarlar ittifaqları birliklərini  və beynəlxalq sahə həmkarlar ittifaqları birliklərini təmsil edən 131 nümayəndə iştirak edib.  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Olaylar”a verilən məlumata görə, hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V.Şerbakov çıxış edib. Qurultayda həmçinin ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib. Məruzə ətrafında müzakirələrdə çıxış edən  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev  qeyd edib ki, ÜHİK-in həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi maraqlarının müdafiəsində oynadığı rol əvəzsizdir: “Azərbaycan Milli Məclisi tərəfindən BƏT-in 11 Konvensiyasından  altısı artıq ratifikasiya olunub.

Hadi Rəcəbli: Sosial mənzillərin tikintisi ilə bağlı proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir

14 Sentyabr 2017 17:35

“Sosial mənzillərin tikintisi ilə bağlı proqramın həyata keçirilməsi uğurlu sosial siyasətin təkib hissəsidir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. H.Rəcəbli bi ldirib ki, sosial mənzillərin inşası çox vacib məsələdir. Onun sözlərinə görə, belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir: “Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək.

Saakaşvili Ukraynanın digər siyasi qüvvələri ilə birləşə bilər

14 Sentyabr 2017 17:26

Lvov şəhərinin meri Andrey Sadovıy sabiq Odessa qubernatoru Mixail Saakaşvili birgə siyasi layihə yaradacağını istisna etməyib. Onun sözlərinə görə, Ali Radaya vaxtından əvvəl seçkilər keçirilə bilər. 

Ermənilər bloggerləri Qarabağa araq içməyə yığırlar

14 Sentyabr 2017 17:24

Qarabağ danışıqlarının növbəti raundu ərəfəsində Ermənistan daha bir təxribata hazırlaşır. Bununla bağlı Nyu-Yorkdakı ikitərəfli danışıqlara hazırlaşan Ermənistan XİN başçısı Eduard Nalbəndyan çıxış edib.

Roma Papasının gözünün altını kim qaraltdı?

14 Sentyabr 2017 17:21

Müasir Roma Papası 1-ci Fransısk öz ünvanına dəfələrlə “tale zərbəsi” almağı ilə məşhurdu. İlk təsdiq olunmuş, foto-telekameralar tərəfindən qeydə alınmış tale zərbəsinə o 11 fevral 2013-cü ildə məruz qalıb. Məhz bu tarixdə əvvəlki papa 16-cı Benedikt qəfil öz istefasını elan edir. Uca göylər biganə qalmır bu istefaya. Elə həmin gecə öz ildırım zərbələrini katolik kilsəsinin Romadakı baş məbədinə-Müqəddəs Pavel kilsəsinin uca qülləsinə sancırlar. Hadisə, izsiz-filansız ötüşmür, jurnalistlərin fotokameralarına düşür. Dünya mətbuatında əsl sunami dalğası qalxır: “Göylər, katoliklərə xəbərdarlıq göndərir deyəsən. Növbəti papanı çətin günlər gözləyir”.

Robert Sekuta: İnanırıq ki, Mehman Əliyevin azadlığa buraxılması insan haqlarına müsbət yanaşmanın bir başlanğıcı olacaq

14 Sentyabr 2017 17:19

“Siz ABŞ Dövlət Departamentinin Mehman Əliyevin həbsi və onun azadlığa buraxılması ilə bağlı bəyanatları ilə tanışsınız. Mehman professional və təcrübəli bir jurnalistdir, biz onun saxlanılması ilə bağlı narahatlğımızı ifadə etmişdik. Biz onun azadlığa buraxılmasını pozitiv qiymətləndiririk və inanırıq ki, bu pozitiv gəlişmə Azərbaycanda demokratiya və insan haqlarına daha pozitiv, müsbət yanaşmanın bir başlanğıcı olacaq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi və azadlığa buraxılması ilə bağlı sualının cavabında bildirib.

Tramp: "Bu divarın tikintisi davam edəcək"

14 Sentyabr 2017 17:09

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin artıq başladığını və işlərin davam etdiriləcəyini deyib. D.Tramp sərhədin təhlükəsizliyinin artırılmasının vacibliyini bir daha vurğulayıb.

Yeni anlaşma ölkəmizə "Əsrin müqaviləsi"ndən daha böyük perspektiv vəd edir

14 Sentyabr 2017 17:06

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda Heydər Əliyev Mərkəzində imzalanan yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük dvident və perspektiv vəd edir.

Wood Mackenzie: “"Azəri-Çıraq-Günəşli” üzrə sazişin uzadılması Azərbaycanın neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir"

14 Sentyabr 2017 17:04

""Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılması 2024-cü ildən sonra Azərbaycanın neft sektorunun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bunu Böyük Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkətinin analitiki Laura Benni deyib.

Bakıda "London taksi"lərinin qəbirstanlığından şok görüntü: yüzlərlə maşın yararsız hala düşdü - VİDEO

14 Sentyabr 2017 16:53

2012-ci ildə "Eurovision" ərəfəsində Azərbaycana gətirilən "London taksiləri"nin Lökbatan qəsəbəsindəki "maşın qəbirstanlığı"ndan görüntüləri ortaya çıxıb.   DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsində çəkilib. Görüntülərdə idarənin dayanacağında "London taksiləri" kimi tanınan Çin istehsalı TX4 markalı istifadəyə yararsız yüzlərlə avtomobil olduğu görünür. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi və dövlət büdcəsindən ayrılan vəsaitlə alınan avtomobillərin qısa zamanda sıradan çıxmasının səbəbi isə bəlli deyil.