Akif Əlizadə: “Magistrlər və doktorantlara mövzu seçiləndə xırdalığa yol verilməməlidir”

“Milli Elmlər Akademiyasının İnstitut direktorlarına tövsiyə edirəm ki, magistrlər və doktorantlara mövzular seçəndə xırdalığa yol verməsinlər. Xırdalıq keçmişdə qaldı”.  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə magistrlərlə görüşündə deyib.

"Milli Elmlər Akademiyasının İnstitut direktorlarına tövsiyə edirəm ki, magistrlər və doktorantlara mövzular seçəndə xırdalığa yol verməsinlər. Xırdalıq keçmişdə qaldı".  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə magistrlərlə görüşündə deyib.

AMEA prezidenti qeyd edib ki, mövzular seçilən zaman Azərbaycan ərazisindən kənara çıxmağa ehtiyac var: "Mövzular Qafqaz və region miqyasını əhatə etməli, dünya elminin vacib istiqamətini bizim magistrlər təhlil etməlidirlər. Çətinlik olarsa, biz onları xaricə göndərərik. Magistrlər xarici dil öyrənməlidirlər. Ona görə bütün institutlarda xarici dil kursları açılmalıdır". A.Əlizadə əlavə edib ki, bu il 67 magistrə Azərbaycan Milli Elmlər Akademiyasının vəsiqələri veriləcək: "Biz magistrləri qəbul etmək, onları hazırlamaqla həm də kadr problemini zəncirvari həll etmək istəyirik. Gəlin açıq danışaq, akademiyanın ümumi mənzərəsini götürəndə, yaşlaşma var". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31