Gündəm
"Faytonçu" Nazim klinikadan 62 min dollar tələb edir
Xəbər verdiyimiz kimi, "Faytonçu" Nazim (Nazim Pişyari) onu əməliyyatla pis hala salan "Elmed" klinikasının həkimi Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Artıq müğənni bu barədə prokurorluğa müraciət edib. Bu barədə saytımıza müğənninin vəkili Ceyhun Yusifov açıqlama verib.
Atalığı tərəfindən zorlanıb hamilə qalan 12 YAŞLI QIZLA BAĞLI YENİ XƏBƏR
"Balakən rayonunda 12 yaşlı qızın atalığının təcavüzü nəticəsində hamilə qalması ilə bağlı xəbərlər yayılan gündən daim ailə ilə əlaqədəyik. Bu, bizim Komitə ilə yanaşı aiddıyyəti dövlət qurumlarının nəzarəti altındadır".
İcra Hakimiyyəti: İsmayıllıda meşədə başlanan yanğının qarşısı alınıb
İsmayıllı rayonunda meşədə başlanan yanğının qarşısı alınıb. Bu barədə İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
Aşıq Ədalət dünyasını dəyişdi
Aşıq Ədalət adı ilə tanınan azərbaycanlı saz ifaçısı Ədalət Nəsibov bir neçə saat öncə vəfat edib. Bu barədə məlumatı onun oğlu Hekayət Nəsibov verib. O, suallarımızı cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.
Daşkənddə “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimat mərasimi olub
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təadimat mərasimi keçirilib. Tədbirdə Özbəkistandakı səfirliyimizin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev kitab haqqında məlumat verib, xaricdə yaşayan soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal olmasının vacibliyini qeyd edib, deyilib ki, topluya diasporumuzun inkişafına öz töhfələrini verən azərbaycanlılar haqqında məlumatlar toplanıb.
Bu xəstələrə dərmanların pulsuz verilməsi TƏKLİF edilir
Azərbaycanda qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsi təklif edilir. Məlumata görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.
Beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyası gündəmdə
Azərbaycanda insan sağlamlığı üçün lazım olan toxumaların hər birinin transplantasiyasına icazə verilməlidir. Məlumata görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum olub
2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib.Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib. Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.
Peterburqda 12 ticarət mərkəzi təxliyə edildi - Bomba var?
Bu gün Peterburqda 12 iri ticarət mərkəzinin əməkdaşı və müştəriləri təxliyə edilib. Məlumata görə, təxliyə təhlükəsizlik xidmətinə həmin obyektlərə bomba qoyulması barədə anonim zəng daxil olması ilə əlaqədar aparılıb. Hazırda həmin ticarət mərkəzlərinin ətrafının nəzarətə götürüldüyü bildirilir. Anonim zəng Peterburqun ayrı-ayrı rayonlarında yerləşən ticarət mərkəzlərini əhatə edib.
Prezident İlham Əliyev Robert Dadlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Robert Uorren Dadlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Bizim məqsədimiz alidir”
Azərbaycan müstəqillik əldə etdikdən sonra yaxın və uzaq ölkələr, eləcə də beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək beynəlxalq aləmin tərkib hissəsinə çevrilib. Dövlətlərlə münasibətdə heç bir ayrıseçkilik və fərq qoymadan ikitərəfli münasibətləri inkişaf etdirmək istiqamətində uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan Respublikası Yaxın Şərq ölkələri də öz uğurlu əməkdaşlığını davam etdirir. Heç şübhəsiz ki, burada İsrailin də öz payı və yeri var. Son illərə nəzər salsaq görərik ki, Bakı ilə Təl-Əviv arasında əlaqələr nəzərəçarpacaq dərəcədə inkişaf edib. İsrail rəsmilərinin Azərbaycana səfərləri bu əlaqələri daha da genişləndirib.
Vətəndaş cəmiyyətləri dövlətin tərəfdaşına çevriliblər
Azərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir. Çünki, ölkəmizdə vətəndaş cəmiyyətləri heç bir maneə ilə üzləşmədən, məhdudiyyətlərə məhrum olmadan, azd və şəffaf şəkildə fəaliyyətdə bulunurlar. Üstəlik bu sektorun normal şəaliyyəti məqsədilə qanunvericilik bazası yaradılıb, dövlət tərəfindən hər cür dəstək və qayğı ilə əhatə olunub. Vətəndaş cəmiyyətləri də adekvat olaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək dövlətin tərəfdaşlarından birinə çevriliblər.
“Sanitariya-epidemioloji salamatlıq haqqında”qanun dəyişdirilir
Azərbaycanda “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir. “Olaylar” xəbər verir ki, məsələ Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. İclasda qeyd edilib ki, qanuna təklif edilən əlavəyə görə, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək.
Qənirə Paşayeva: Azərbaycanda boşanmaların əsas səbəblərindən biri sonsuzluqdur
““Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə görə, ər-arvadın 10 il ərzində övladı olmursa, dövlət onlara süni mayalanma üçün yardım göstərəcək. Lakin bu müddətin 5-6 ilə endirilməsi müzakirə olunmalıdır”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva komitənin sentyabrın 14-də keçirilən iclasında çıxış edərkən deyib.
Azərbaycanlı deputat: “Ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq”
“Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır". Bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev bildirib.














