Gündəm
Britaniyalı nazir "Qarabağ"a "Çelsi"ni 7-0 məğlub etməyi arzulayıb
Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan “Çelsi-Qarabağ” futbol oyununa münasibət bildirib. Nazir futbol üzrə bilici olmasa da, nəticə ilə artıq tanış olduğunu deyib. Nazir Azərbaycan komandasına "Çelsi"ni Bakıda 7-0 hesabı ilə məğlubiyyətə uğratmağı arzulayıb: "Düşünürəm ki, Azərbaycan futbolunun keyfiyyəti yüksəlir. Baxmayaraq ki, "Çelsi-Qarabağ" oyununda komandanız məğlub oldu, təcrübəni nəzərə alsaq, bu, pis nəticə deyil, Nəticə getdikcə yaxşılaşacaq".
Prezident İlham Əliyev Statoil şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda məscidlərdə axundluğun ləğv edilərək, yalnız imamlıq institutunun saxlaması təklif edilir
Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılması təklif edilib. Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə bir qrup dindarın təklifini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dəstəkləyib. M. Qurbanlı bildirib ki, məscidlərdə vahid sistemə keçməyin vaxtı çatıb.
Nardaran hadisələrinə görə həbs edilmiş daha dörd nəfər azadlığa buraxılıb
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar.
“Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur” - Rusiyalı politoloq
“Azərbaycanın xüsusi iqtisadi və siyasi rolu nəzərə alınsa, Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir”. Bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” konfransında deyib.
Yerevanda atışma - Ölən var
Yerevanın mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb. Hadisə Respublika meydanının yaxınlığında qeydə alınıb. Hazırda hadisə yerinə polis əməkdaşlarının yollandığı, atışma ilə bağlı araşdırmaların aparıldığı məlumat verilib.
Asiya ölkələri Konfutsi İnstitutlarının beynəlxalq konfransı başa çatıb
Bankonqdakı Bansomdejxaopraya Radjabat Universitetində “İpək Yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək Yolu”nun yaradılması və “Bir kəmər-bir yol” adlı Çin layihəsinin həyata keçirilməsində iştirak edən Asiya ölkələri Konfutsi İnstitutlarının beynəlxalq konfransı başa çatıb. Konfutsi İnstitutu İqamətgahının “Konfutsi İnstitutlarının 2012-2020-ci illər dövründə inkişaf planı” çərçivəsində təşkil etdiyi konfransda 44 Konfutsi İnstitutu və Asiya ölkələrinin 17 Konfutsi sinfi, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua iştirak edib.
Məhərrəmlik ayında məscidlərdə mikrofonlardan istifadə ilə bağlı məsələyə aydınlıq gətirildi
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məhərrəmlik ayı mərasimlər zamanı məscidlərin ərazisində mikrofonlardan istifadə edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. M.Qurbanlı bildirib ki, ötən il bununla bağlı bəzi narazılıqlar müşahidə edildi.
Deputat: Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı nəzərə çarpacaq dərəcədə aşağıdır
“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır. Azərbaycan dünya statistikasında bu göstəriciyə görə Çindən sonra gəlir”.
Toya hazırlaşan qızlar bu gəlinlik modellərinə baxsınlar
Həyatınızı sevdiyiniz insanla birləşdirdiyiniz gün hamınız üçün önəmli və özəldir. Bu özəl günü daha da xüsusi etmək isə gəlinlik seçimindən başlayır. Bu ilin son mövsümünün dəbdə olan gəlinliklərini təqdim edirik.
ÜAK prezidenti: "Azərbaycan-Rusiya münasibətlərinin tarixi aspektini düzgün qiymətləndirmək vacibdir"
"Rusiya-Azərbaycan münasibətlərinin tarixi aspektini düzgün qiymətləndirmək vacibdir". Bunu Moskvada "Moskva-Bakı xətti: Qafqazın yeni geosiyasətinə doğru" konfransında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov deyib. O qeyd edib ki, Azərbaycan və Rusiya liderləri İlham Əliyev və Vladimir Putinin dostluğu münasibətlərimizin inkişafı üçün möhkəm əsas yaradır. Onun sözlərinə görə, daha bir vacib fakt Rusiyaya terrorçu qüvvələrin daxil olmasının qarşısında Azərbaycanın güclü sədd olmasıdır.
Azərbaycanda bu turistlərin sayı çoxalacaq
Azərbaycana digər ölkələrə yanaşı İsraildən gələn turistlərin də sayının artacağı gözlənilir". Bu barədə Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, "Israir" Hava Yolları şirkəti İsraildən Bakıya birbaşa uçuşlar təşkil edəcək: "Biz "Israir"lə birgə oradan həm turagentləri, həm jurnalistləri, həm də bloqerləri dəvət edəcəyik ki, buradakı vəziyyətlə yaxından tanış olsunlar və bizi təbliğ etsinlər".
Günelin əməliyyatdan sonrakı halı yenidən Türkiyə gündəmində
Estetik əməliyyat etdirən Günel Türkiyə mətbuatının diqqət mərkəzindədir. Yeni görkəmi ilə aktrisa Birce Akalaya bənzədilən azərbaycanlı müğənni ötən gün Nişantaşında görüntülənib. Günel verdiyi qısa müsahibə zamanı: "Sadəcə burunda estetik əməliyyat etdirdim. Birce Akalaya bənzəmək üçün bunu etmədim. Birce Akalaya bənzəmək gözəldir. Nəticədə gözəl bir qadındır", - deyib.
"Kolada SPİD var" mesajını Rəfael İsgəndərovun oğlu yayıb? - VİDEO
Aktyor Rəfael İsgəndərovun oğlu Whatsapp-da yayılan və əhali arasında narahatlıq yaradan "Kola içkisinə SPİD virusunun düşməsi"ni bildirən səs yazısı ilə bağlı açıqlama verib. Bu barədə R.İsgəndərovun oğlu Fuad İsgəndərov Instagram hesab hesabında video açıqlama yayıb.
"Göz qişasını meyitlərdən götürmək mümkündür"
"Gələcəkdə gözün buynuz qışasının transplantları ölkəmizdən ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür". Bunu Milli Məclisin (MM) Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.














