Azərbaycanda bu turistlərin sayı çoxalacaq
Azərbaycana digər ölkələrə yanaşı İsraildən gələn turistlərin də sayının artacağı gözlənilir". Bu barədə Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, "Israir" Hava Yolları şirkəti İsraildən Bakıya birbaşa uçuşlar təşkil edəcək: "Biz "Israir"lə birgə oradan həm turagentləri, həm jurnalistləri, həm də bloqerləri dəvət edəcəyik ki, buradakı vəziyyətlə yaxından tanış olsunlar və bizi təbliğ etsinlər".
14 Sentyabr 2017 15:17 SosialAzərbaycana digər ölkələrə yanaşı İsraildən gələn turistlərin də sayının artacağı gözlənilir". Bu barədə Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, "Israir" Hava Yolları şirkəti İsraildən Bakıya birbaşa uçuşlar təşkil edəcək: "Biz "Israir"lə birgə oradan həm turagentləri, həm jurnalistləri, həm də bloqerləri dəvət edəcəyik ki, buradakı vəziyyətlə yaxından tanış olsunlar və bizi təbliğ etsinlər".
Qeyd edək ki, Turizmin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, 2020-ci ilədək Azərbaycana 4,5 milyon turistin cəlb edilməsi qarşıya məqsəd qoyulub. Bu il ölkəmizə gələn turistlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Ölkəmizə gələn turistlərdən hər 5 nəfərindən birini ərəblər təşkil edib. Hazırda digər ölkələrdən də Azərbaycana turistlərin cəlb edilməsi üçün marketinq işi aparılır. Milli.az