Gündəm
Müğənninin bacısının başı dərddə: 6 ildir onu qarabaqara izləyən kişi kimdir?
Helin Avşar 6 ildir onu və bacısı Hülya Avşarı narahat edən fanatının yemək yediyi məkanda ikən yazdığı mesajı görüncə dəliyə dönüb. Restoranda yemək yediyi zaman mesajı görən kimi qəzəbli halda ayağa qalxan Helin adı Mert Başarır olduğu iddia edilən şəxsin mesajını ona çatdıran ofisiantı yanına çağıraraq: "Onun mesajını nə haqla mənə gətirib göstərirsən? Polis çağıracağam, bezdim", deyib.
Əkrəm Zeynallı etimadnaməsini ÇXR-nin sədrinə təqdim edib
Azərbaycanın Çin Xalq Respublikasına yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnamələrini Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinə təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamələrin təqdim edilməsi mərasimi çərçivəsində yeni təyin olunmuş səfirin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə apardığı söhbət zamanı Ə.Zeynallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən səmimi salamlarını və xoş arzularını Çinin dövlət başçısına çatdırıb. Ölkəsinin Çinlə münasibətlərinə xüsusi əhəmiyyət verdiyini və ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməkdə maraqlı olduğunu bildirən səfir, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cənab Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyini xatırlatdı və səfərin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb.
Cinayətkarı cəza ilə islah etmək mümkündürmü?
Son illərdə ölüm cəzasının ləğv edilib-edilməməsi ilə bağlı müəyyən diskusiyalar gedir. Ancaq reallıq ondan ibarətdir ki, ölüm cəzasının əleyhinə olanların arqumentləri də cavabsız qalmır. “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, inkişaf etmiş, hüquqa, qanunun aliliyinə hörmət qoyulan dövlətlərdə ölüm hökmünə moratorium var və yaxud, bu, müstəsna cəza tədbirindən istifadə olunmur: “Həmin ölkələrdən fərqli olaraq Azərbaycan artıq hüququn və iqtisadi inkişafın önəmli mərhələsindədir.
Bərzaninin referendumu İraqın parçalanmasına yol açacaq
“İraq Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzanin Kərkükdə referendum və savaş barədə bəyanatla çıxışı, İraqda İŞİD terrorizmindən sonra, İraq-Kürd müharibəsinə səbəb ola bilər”. “OLAYLAR” -ın xəbərinə görə. belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, İraqın "Haşdi Şabi" hərbi qüvvələri İraq ordusunun dəstəyindən istifadə etmədən, muxtariyyətin peşmərgələrini yerində otuzdurmağa hazır vəziyyətdədir: "Mərkəzi hakimiyyətlə bölgəsəl Ərbil yönətiçinin müharibəsinda ciddi şəkildə Bərzanin dayaqları laxlayar.
Binəqədidə “İlin 105 Qızıl beyni” elmi-praktik konfrans keçirilib
Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib. “OLAYLAR” -a Rayon İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov , millət vəkilləri Musa Qasımlı, Kəmaləddin Qafarov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri bəlli oldu
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib. Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.
Mariya Şarapova həyatından kitab yazdı
Bir müddət əvvəl dopinqdən istifadə etdiyi üçün yarışlardan uzaqlaşdırılan məşhur rusiyalı idmançı Mariya Şarapova avtobioqrafik kitabını təqdim edib. “Olaylar” bildirir ki, 30 yaşlı idmançının kitabı “Unstoppable: My Life So Far” adlanır.
Alan Dunkan: “Britaniya baş naziri tezliklə Azərbaycan prezidenti ilə görüşmək niyyətindədir”
"Bu gün prezident İlham Əliyevlə görüşümüzdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əlaqələri müzakirə etdik". Bunu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.
Tənzilə Rüstəmxanlı: “Mənim nəslim Rüstəmxanlılardan böyükdür, Ziya Məmmədovla isə...
İçimdə milli təəssübkeşliyin olduğunu lap ağlımın kəsdiyi zamanlardan hiss edirdim. Ailəm, nəslim, şəcərəmlə bağlı danışacağım o qədər sözlər var ki, o qədər faktlar var ki... Bunlar mənim milli ruhda həssaslığımı daha da gücləndirib. Yaşadığımız bölgə elə idi ki, bizə azərbaycanlı yox, türk deyirdilər. Mən indiki Ermənistanın Amasiya bölgəsində anadan olmuşam, orada böyümüşəm.
“26” kafesinin icarədarı həbs olunub
Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış “26” kafesinin icarədarı həbs olunub. Məlumata görə, Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.
Övladlığa uşaq götürmək haram hesab olunur?
Bəşər övladı ailə qurduqdan sonra övlad arzusu ilə yaşayır, onun dünyaya gəlməsini, ilk addımlarını, ilk sözlərini xəyal edir. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi insanlar isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir. Amma bu proses o qədər də asan başa gəlmir. Maraqlıdır, bəs İslam dinində övladlıq məsələsi necə həllinin tapıb?
Yol polisi hansı hallarda qaydaları poza bilər?
Bir sıra hallarda yol hərəkəti qaydalarının yol polisi əməkdaşları tərəfindən də pozulduğunun, bəzən hətta qəza şəraitinin yaradıldığının şahidi oluruq. Məsələyə münasibətdə fikirlər müxtəlifdir.
Banklar vətəndaşda inam hissi yaratmalıdır
Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə düşməsindən sonra bank sektorunda yaranan çətinliklər hələ də tam mənada həllini tapmır. Düzdür, bu istiqamətdə hökumət səviyyəsində müvafiq addımlar atılır, islahatlar həyata keçirilir. Lakin məsələ ondadır ki, bankların bu kimi forsmajor vəziyyətlərə zamanında hazırlıqlı olmamaları problemlərin həllinə müəyyən mənada mane olur.
Ailədə xoşbəxtliyi necə təmin etmək olar?
Müasir dövrümüzdə insanların üzləşdiyi bir sıra çətinliklər mövcuddur ki, həmin çətinlikləri də aradan qaldırmaq üçün müəyyən imkanlara malik olmaq zəruridir, vacibdir. Kimi yaxşı iş tapmaq üçün özünə arxalı adam axtarır, kimi də qarşısına çıxan əngəllərin aradan qaldırılmasının yolunu maddiyatda görür ə daha çox pulu olması üçün çalışır, çaba göstərir. Hətta bəziləri həyatının xoşbəxtliyini, dincliyini, firəvanlığını pulda görür. Hesab edir ki, kifayət qədər pulu varsa, deməli ürəyi istədiyi hər bir şeyi edər, qarşısını çıxan çətinlikləri qısa müddətdə aşar.
“Bu gün çoxları evdə işləməyə üstünlük verir”
Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə Avropa və Mərkəzi Asiya ölkələri üçün “Bizim istədiyimiz əmək sferasının gələcəyi” mövzusunda iki günlük regional konfransı keçirilib.














