Gündəm

Ermənistan ordusunun itkiləri - 8 ayda 43 hərbçi ölüb

14 Sentyabr 2017 14:34

Ermənistan ordusunun 2017-cı ildə verdiyi itkilərlə bağlı statistika açıqlanıb. Məlumata görə, ötən 8 ay ərzində Ermənistan Silahlı Qüvvələrində 43 ölüm faktı qeydə alınıb.

Prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini ilə görüşüb

14 Sentyabr 2017 14:25

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevYaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb. Manabu Hori Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev: "Bu saziş yeni əsrin müqaviləsidir"

14 Sentyabr 2017 14:24

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.  Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlət başçısı onu yeni əsrin müqaviləsi adlandırıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

Fərhad Bədəlbəyli: "ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir"

14 Sentyabr 2017 14:22

"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir". Bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.

QMİ: Məhərrəm ayı sentyabrın 22-də başlayır -FƏTVA

14 Sentyabr 2017 14:20

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Məlumata görə, fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

“PwC” beynəlxalq konsaltinq şirkəti Vergilər Nazirliyinin əməkdaşları üçün təlim keçirib

14 Sentyabr 2017 14:18

“JW Marriott Absheron” otelində “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyoru və nümayəndələri tərəfindən Vergilər Nazirliyinin əməkdaşları üçün “Blokçeyn (Blockchain) texnologiyaları” barədə 2 günlük təlim keçirilib. “Olaylar” xəbər verir ki, təlim Vergilər Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq olunmuş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.

Aleksandr Duqin: “Ermənistan 5 rayonu qaytarmalıdır”

14 Sentyabr 2017 14:14

“Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Lakin bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”.

Bakıda iranlı sərxoş tələbə özünü 4-cü mərtəbədən atdı

14 Sentyabr 2017 14:12

Bakıda tələbə intihar edib. Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

Səudiyyə Ərəbistanı Bəşər Əsədə qarşı münasibətini dəyişdi

14 Sentyabr 2017 14:06

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədin ölkənin siyasi gələcəyində mühüm rol oynayacağı faktı ilə barışıb. "İzvestiya" Rusiyadakı yüksək vəzifəli diplomatik mənbələrə istinadən bildirir ki, Əsədin devrilməsinin zəruri olması ilə bağlı məsələ Suriyada vəziyyətin nizamlanması üzrə aparılan qapalı danışıqlarda daha qaldırılmır.

İstanbulda “narkotika əməliyyatı”

14 Sentyabr 2017 14:04

İstanbul polisi səhər saatlarında narkotika alverçilərinə qarşı əməliyyata başlayıb. Bu barədə İstanbul Polis İdarəsi məlumat yayıb. Məlumatda deyilir: "Əməliyyat nəticəsində saxlanılanlar var və böyük həcmdə narkotika partiyası müsadirə edilib". Məlumata görə, əməliyyat daha öncədən hazırlanmış ünvanlar üzrə aparılır.

“İnterfaks”ın redaktoru ölü tapıldı

14 Sentyabr 2017 14:01

Rusiyanın “İnterfaks” informasiya agentliyinin redaktoru Yuri Nikiforov evində ölü tapılıb. Cəsəd onun həyat yoldaşı tərəfindən aşkarlanıb.Hazırda 33 yaşlı Nikiforoun ölüm  səbəbləri müəyyən edilir. Onun cəsədi məhkəmə-tibbi ekspertizaya göndərilib. 

NATO-dan S-400 açıqlaması: “Bu, Türkiyənin...”

14 Sentyabr 2017 14:00

“NATO ölkəri hansı silahlar və hərbi avadanlıqları almasına özləri qərar verirlər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı Rusiya və Türkiyə arasında imzalanan müqaviləni şərh edərkən deyib.

Mixail Zabelin: "Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə müsbət qərar çıxarılacaq"

14 Sentyabr 2017 13:59

"Biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq. Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub". Məlumata görə, Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib. M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi.

Sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədi çıxarılıb

14 Sentyabr 2017 13:57

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Mercedes“ markalı mikroavtobus ilə “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, avtomobillərin toqquşması nəticəsində yol qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq “Mercedes“ markalı mikroavtobusda sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:00-da başa çatmışdır.