Gürcüstan Baş naziri Abxaziya və Osetiya sakinlərinə müraciət edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının ümumi debatlarında çıxış edərək ölkə ərazisinin 20 faizinin Rusiya tərəfindən işğal altında qaldığını və yüz minlərlə insanın öz evlərinə qayıda bilmədiyini bəyan edib. Abxaziya və Osetiya sakinlərinə "qardaş və bacılarım" deyə müraciət edən hökumət başçısı süni şəkildə çəkilmiş bölücü xətlərin ümumi tarixi silə bilməyəcəyini vurğulayıb. 

Kobaxidze Gürcüstanın sülh və iqtisadi inkişaf sayəsində əldə etdiyi imkanlardan işğal olunmuş tarixi regionlarda yaşayan və ortaq gələcəyin ayrılmaz hissəsi olan əhalinin də faydalanmalı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31