Gündəm

Xəzər rayonunda 3 otaqlı ev yanıb

14 Sentyabr 2017 13:56

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 10 m2 sahədə və ev əşyaları 5 m2 sahədə yanmış, yüksək temperaturdan digər otaqda olan əşyalar qismən qarsalamışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək

14 Sentyabr 2017 13:54

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Zakir Həsənov İsrailin müdafiə sənayesinin aparıcı müəssisələrində olub

14 Sentyabr 2017 13:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələrini ziyarət edib. Müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə görüşən general-polkovnik Z.Həsənov hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıb və müəssisələrin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olub.

Şimali Koreya yenə meydan oxudu — "Yaponiyanı batırıb, ABŞ-ı it kimi döyərik"

14 Sentyabr 2017 13:50

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına cavab verib. Şimali Koreya bütün dünyanı hədələyərək Yaponiyanı batıracağını, ABŞ-ı isə quduz it kimi döyəcəyini bəyan edib. Bu barədə Şimali Koreyanın rəsmi mətbuatı xəbər yayıb.

Azərbaycanda sabah 165 min uşaq 1-ci sinfə gedəcək

14 Sentyabr 2017 13:43

Bu il Azərbaycanda 165 min uşaq 1-ci sinfə qəbul edilib. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, son illərdə ölkədə müşahidə edilən müsbət demoqrafik artım təhsil sahəsinə də təsir göstərib: “Statistikaya baxsaq görərik ki, orta, tam orta təhsil səviyyələrini başa vuran şagirdlərlə I sinfə qəbul olunan şagirdlərin sayı arasında çox ciddi fərq var.

Yunus Oğuz Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edib

14 Sentyabr 2017 13:37

Beynəlxalq Əmir Teymur Xeyriyyə Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Teymurilər Tarixi Dövlət Muzeyi Daşkənddə "Teymurilər dövründə elm və mədəniyyət" adlı beynəlxalq elmi konfrans keçirib.

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb

14 Sentyabr 2017 13:11

Sentyabrın 11-də Gəncə şəhəri ərazisindəki mağazalardan birindən 1200 manat pul və məişət əşyaları oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Samux rayon sakinləri Sahil Məmmədli və Əli Abbaslı tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Xuliqanın digər əməlləri üzə çıxdı

14 Sentyabr 2017 13:10

Xuliqanlıq etməkdə şübhəli bilinən Bakı sakini Elmin Babayevtutulub. DİN-dən verilən məlumata görə,  ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin aprel-iyun ayları ərzində rayon ərazisində 6 avtomobildən pul, maqnitafon, səsgücləndiricilər, təmir-tikinti alətlərləri və məişət əşyaları oğurlaması müəyyən edilib. Araçdırmalar davam etdirilir.

Oğurluqla məşğul olan qadın ələ keçib

14 Sentyabr 2017 13:09

Sentyabrın 12-də Bakı şəhər sakini olan bir qadının içərisində 300 manat və sənəd olan pulqabısını oğurlanıb. DİN-dən “Oaylar”a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində pulqabını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Firuzə Paşayeva tutulub. Araşdırma aparılır. 

Avtomobil qaçıran şəxs saxlanıb

14 Sentyabr 2017 13:08

Sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun “QAZel” markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Qadının pulqabısını zorla alan tutulub

14 Sentyabr 2017 13:07

Sentyabrın 13-də Yasamal rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edərək içərisində pul və mobil telefon olan pulqabını alıb. DİN-dən “Olayklar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Aslanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Okinava sahillərini "Talim" dərdi bürüdü

14 Sentyabr 2017 12:58

Bu mövsümün on səkkizincisi sayılan güclü "Talim" qasırğası hazırda Yaponiyanın Okinava adasının sahillərini təhlükədə saxlayır. Məlumata görə, qasırğa güclü külək və leysan yağışları ilə müşayiət olunur.

Züqanovdan Ermənistana xəbərdarlıq: “Buna imkan verməyəcəyik”

14 Sentyabr 2017 12:55

Azərbaycan Rusiya əlaqələri həmişə prioritet olub. Bu əlaqələr strateji tərəfdaşlıq və dostluq əlaqələrinə söykənir. Bunu “Moskva – Bakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov bildirib. 

Yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib   

14 Sentyabr 2017 12:52

Sentyabrın 13-də Astara şəhərində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn naməlum şəxs orada işləyən Artupa kənd sakini Çingiz İsmayılovu bıçaqla hədələyib pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumatına görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakini Pərvaz Əliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Gürcüstandan ölkəmizə metadon keçirmək istədi

14 Sentyabr 2017 12:51

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə – metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.