Gündəm

Tanınmış fotoqrafın  Azərbaycanda çəkdiyi fotolardan ibarət albom hazırlanır

14 Sentyabr 2017 12:48

Tanınmış fotoqraf Lavrenti Breqadzenin nəvəsi, kimyaçı alim Vladimir Breqadze AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub. “Olaylar” bildirir ki, görüşdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, L.Breqadze XX əsrdə Azərbaycan ilə bağlı bir çox hadisələri əbədiləşdirib və hazırda həmin fotolardan ibarət albom hazırlanır. Qonağın da babası kimi ölkəmizə bağlı olduğunu deyən akademik R.Hüseynov onun bir çox azərbaycanlı kimyaçı alimin yetişməsində müstəsna rolundan söz açıb.

Əli Hüseynli: "Ümid edirik ki, ÜAK fəaliyyətini davam etdirəcək"

14 Sentyabr 2017 12:47

"Ümid edirik ki, Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin apellyasiya şikayətinə ədalətli baxacaq". Bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışında bildirib.

35 dərəcə isti gözlənilir

14 Sentyabr 2017 12:35

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq.

İsrail ordusu fələstinliləri HƏBS ETDİ

14 Sentyabr 2017 12:33

İsrail əsgərləri terrorçu fəaliyəti adı altında 8 fələstinlini həbs edib. “Olaylar” bildirir ki, İsrail ordusu fələstinli bir ailənin evini yerlə - yeksan edib. Səbəb kimi isə ailənin övladının İsrailə qarşı erirza aksiyasında iştirak etməsini göstəriblər.

Deputat Braziliya parlamentinə təşəkkür məktubu göndərib

14 Sentyabr 2017 12:32

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Azərbaycan-Braziliya dostluq qrupunun rəhbəri Asim Mollazadə Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliya Milli Konqresinin Deputatlar Palatasının üzvü Klaudio Kajadoya (Mr.Claudio Cajado) məktub göndərib.

Azərbaycan prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb

14 Sentyabr 2017 12:30

Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevTürkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

14 Sentyabr 2017 12:29

Sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda  təhlükəsizlik tədbirləri gücləndiriləcək. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovniki  Vaqif Əsədov  bildirib ki, artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub.

XİN: Ermənistanın əcnəbi vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə çağırması cinayətdir

14 Sentyabr 2017 12:26

Ermənistan əcnəbi vətəndaşları, xüsusilə bir qrup siyasətçiləri maddi maraq müqabilində ələ almaq, şantaj və ya aldatmaq yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə təhrik edir və sonradan özünün siyasi propaqanda alətinə çevirir. Ermənistan xarici işlər naziri son açıqlaması ilə açıq şəkildə əcnəbi vətəndaşları qeyri-qanuni səfərlərə çağırmaqla beynəlxalq hüquqi və Azərbaycanın qanunlarını pozmağa dəvət edir ki, bu özü də cinayətdir.

Robert Sekuta: "ABŞ-Azərbaycan əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir"

14 Sentyabr 2017 12:18

“ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir, Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayır".  Məlumata görə, bunu ABŞ-Azərbaaycan əməkdaşlığının perspektivlərini dəyərləndirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. R. Sekuta bildirib ki, iki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir: “Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq".

Ərdoğan: TANAP-ın istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı pik həddinə çatacaq

14 Sentyabr 2017 12:16

TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq. Məlumata görə, bu barədə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak tərəfindən oxunan məktubunda deyilir.

Dünyanın ən yaşlı pandası vəfat etdi – Abidə ucaldılır

14 Sentyabr 2017 12:14

Çinin Fujian əyalətində yaşayan dünyanın ən yaşlı pandası Basi vəfat edib. “Olaylar” bildirir ki, bu haqda məlumatı Basinin baxıcısı verib. 37 yaşında vəfat edən Basinin şərəfinə abidə ucaldılacağı bildirilib.

Bütün səmavi dinlər sülhə səsləyir

14 Sentyabr 2017 12:12

Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər “Heydər Əliyev” mərkəzində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.  “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə bu siyasəti Prezident cənab İlham Əliyev uğurla davam etdirərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir.

Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib  

14 Sentyabr 2017 12:10

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) sədri Səfər Karaqoyunlunun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən dərnəyin üzvlərinə ermənilərin törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib.

Gəmi batdı – 19 nəfər həlak oldu, 31 nəfər itgin düşdü

14 Sentyabr 2017 12:08

Hindistanın şimalındakı Uttar Pradesh əyalətində yerləşən  Yamuna çayında bir gəminin batması nəticəsində 19 nəfər həlak olub. “Olaylar” bildirir ki, hadisə səhər saatlarında baş verib.