ABŞ özünü Ukraynanın müttəfiqi kimi təqdim etmir- ÖZƏL 

Olaylar.az xəbər verir ki, İtaliyanın "La Stampa" qəzetinin məlumatına görə, Volodimir Zelenskinin Nyu-Yorka səfəri fonunda ABŞ prezidenti Donald Tramp Vaşinqtonu Ukraynanın müttəfiqi kimi deyil, münaqişədə vasitəçi kimi təqdim etməyə çalışır.
Nəşr qeyd edir ki, ABŞ liderinin Zelenski ilə görüşü və sonuncunun BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrindəki çıxışı zamanı "Amerikanın dəstəyi uzaq görünürdü və Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması tələbləri və daha da əhəmiyyətlisi, Vladimir Putinin G20 sammitinə dəvəti ilə kölgədə qaldı". Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ administrasiyasının Rusiya prezidenti Vladimir Putinə dekabr ayında keçiriləcək G20 sammitinə dəvət göndərdiyini açıqlamışdı. G20 sammiti 14-15 dekabr tarixlərində Mayami yaxınlığındakı Doralda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31