Gündəm

Nazir: “Azərbaycan Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya bilər”

14 Sentyabr 2017 12:05

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Nquyen Xuan Fuk ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə E.Məmmədyarov 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycanın ümumilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xatırladaraq Azərbaycan və Vyetnam arasında mövcud sıx dostluq əlaqələrinin dərin tarixi köklərinin olduğunu bildirib.

AÇG-də iştirak payları açıqlanıb

14 Sentyabr 2017 11:51

Azərbaycan hökuməti  və SOCAR,  BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləri ilə birlikdə bu gün "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalayıblar.

Muradın Şəhidlik zirvəsi

14 Sentyabr 2017 11:44

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin ailəsini ziyarət etdi.

Milli komandamız iki yoldaşlıq oyunu keçirəcək

14 Sentyabr 2017 11:41

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı keçiriləcək.

Polis yol kənarında əxlaqsızlıq edən qadınları saxladı - bəziləri hamilədir 

14 Sentyabr 2017 11:38

Türkiyənin Bursa şəhərində polis yol kənarında əxlaqsızlıq edənlərə qarşı əməliyyat keçirib.  Polislər Bursanın Merinos səmtində, yol kənarında dayanıb, sürücülərə əxlaqsızlıq təklif edən şəxsləri saxlayıb.

Bakıda dəhşətli avtobus qəzası

14 Sentyabr 2017 11:36

Bu gün səhər Bakıda iki sərnişin avtobusu dəhşətli qəza törədib. Hadisə şahidlərinin  verdiyi məlumata görə, qəza zamanı yeni ana olmuş qadın dünyasını dəyişib.

Kanada Eğitim Sistemi ile tanışmanız için 6 muhteşem sebep

14 Sentyabr 2017 11:35

CANADA OKULLARI katkılarıyla... Çocuğu gelişim çağına gelen her anne baba, onun geleceğini garanti altına alabilmenin tek yolunun iyi bir akademik eğitimden geçtiğini bilir. Bu yüzden, çocukları için okul seçerken hayatlarının en kritik kararlarından birini aldıklarının farkındalardır. Çünkü her anne baba bir yandan çocuklarının en az bir yabancı lisanı anadili gibi konuşmasını, iyi bir akademik eğitim almasını, diğer yandan sonu gelmeyen sınav sistemi içinde çocukluğunu ve gençliğini yaşamaktan mahrum kalmamasını, doğaya ve insana saygılı, özgüven sahibi bir birey olmasını, kendini doğru ifade edebilmesini ve potansiyelini açığa çıkaracak bir eğitim sisteminin içinden geçmesini hayal eder.

Myanmarda müsəlmanlara qarşı baş verənləri genosid adlandırdılar

14 Sentyabr 2017 11:31

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb. N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib. O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır. N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.   "Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.

Ermənistanda silah oğurlayan əsgər tutuldu

14 Sentyabr 2017 11:26

Ermənistanda hərbi hissədən silah oğurlamaqda təqsirli bilinən 19 yaşlı əsgər Q. Monte 3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən Q.Monte cari ilin 30 mart tarixində, gecə müvafiq icazə olmadan silahların saxlanıldığı əraziyə daxil olaraq, oradan silah oğurlamağa cəhd edib.  

Bəhram Xəlilov: Bəzi dövlət qulluğu vəzifələrinin tutulması üçün staj müddəti şərti yoxdur

14 Sentyabr 2017 11:25

Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlərin və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov jurnalistlərə deyib. Onun sözlərinə görə, bu şərtlərdə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün tələblər müəyyənləşdirilib. Bunlar ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir.

DJB sədri Özbəkistana səfər edib

14 Sentyabr 2017 11:23

Diaspor Jurnlaistlər Birliyinin (DJB) sədr Fuad Hüseynzadə Özbəkistana səfər edib. “OLAYLAR” -ın xəbərinə görə. səfərdə məqsəd DJB sədrinin müəllifi olduğu "Dünya Azərbaycanlılarının Palitrası" kitabının bu ölkədə təqdimatının keçirilmıəsidir.

Ermənilər 127 dəfə atəşkəsi pozub

14 Sentyabr 2017 11:20

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub.

Giorgi Kvirikaşvili: “Yeni saziş ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

14 Sentyabr 2017 11:19

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbriki oxunub.

Ulduzlar Qala konsertdə

14 Sentyabr 2017 11:16

Fəvvarələr Meyadanında yay ayları ərzində hər həftə sonu keçirilən “Retro Bakı” layihəsinin yekun qala konserti böyük çoşqu ilə keçib. “Olaylar” bildirir ki, Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən qala konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, tanınmış müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Elvin Mirzəzadə, Dana Durdana, Lətifə SoyÖz, Çinarə Bəkirova, Həmidə Hüseyn, Asif Məhərrəmov, Mircabbar Babayev, Ramil Nabran, Elnar Xəlilov, Rasimə Seyidcahan, “Aysel” və “Səma” rəqs ansamblları möhtəşəm konsert proqramı ilə Bakı sakinləri və qonaqlarına xoş əhval-ruhiyə bəxş ediblər.

"Bilik günü tam təhlükəsiz olacaq" - Polis generalı

14 Sentyabr 2017 11:16

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bu barədə  açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.