Myanmarda müsəlmanlara qarşı baş verənləri genosid adlandırdılar

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb. N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib. O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır. N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.   "Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.

Malayziyanın baş naziri Nəcib Razak Myanmarda kompakt yaşayan Rohingya müsəlmanlarına qarşı baş verənləri etnik təmizləmə və genosid adlandırıb. N. Razak bu bəyanatla Vaşinqton Strateji və Beynəlxalq Təhqiqatlar Mərkəzində çıxış edib. O bildirib ki, dünya ictimaiyyəti baş verənlərə etinasız qalmamalıdır. N. Razak Rohingya müsəlmanlarının məsələsini ABŞ prezidenti Donald Trampla da müzakirə etdiyini deyib.  
"Tramp da Malayziya hökumətinin narahatlığını bölüşür", - deyə o qeyd edib.
 
Qeyd edək ki, Malayziya hökuməti bir qədər əvvəl Myanmardan qəbul etdiyi müsəlman qaçqınların sayını artırmağa  hazır olduğunu bəyan edib. Hazırda Malayziyada Myanmardan olan 100 minədək qaçqın müsəlman var. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31