Gündəm

Azərbaycan prezidenti: “BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb”

14 Sentyabr 2017 11:10

“BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb. SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb". Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti: “Neftin qiymətinin düşməsi bizi yolumuzdan döndərə bilmədi”

14 Sentyabr 2017 11:08

“2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib". Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev: “Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir”

14 Sentyabr 2017 11:07

“1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə anarxiya yaşanıb”. Məlumata görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair sazişin imzalanması mərasimi keçirilir

14 Sentyabr 2017 11:06

Bakıda “Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimi keçirilir. Məlumata görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələri iştirak edirlər.

Azərbaycanlı beynəlxalq axtarışda

14 Sentyabr 2017 11:04

Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürən azərbaycanlı beynəlxalq axtarışa verilib.  Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytının verdiyi məlumata görə, Anar Allahverənov barəsində həmçinin qiyabi həbs qərarı verilib. Avqustun 22-də federal axtarışa verilən Xabarovsk diyar sakini A.Allahverənovu hələ ki, yaxalamaq mümkün olmayıb.

Prezident: "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilməmiş 500 milyon ton neft var"

14 Sentyabr 2017 11:00

"Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır". Məlumata görə, bunu bu gün AÇG-nin işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Sürücülərə "Bilik günü" ilə bağlı xəbərdarlıq

14 Sentyabr 2017 10:58

Sentyabrın 15-də dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

"Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb":  Erməni kəşfiyyatçısından etiraf

14 Sentyabr 2017 10:55

Ermənistanda kəşfiyyat qoşunlarının yaradıcılarından biri hesab olunan, keçmiş döyüşçü Vova Vardanov Ermənistan parlamentində Daşnak qrupunun rəhbəri Armen Rustamyanın "Aprel döyüşlərində Rusiyanın imkanları və vasitəsilə qalib gəlmişik" bəyanatına sərt reaksiya verib. 

ABŞ kəşfiyyatından Şimali Koreya barədə XƏBƏRDARLIQ

14 Sentyabr 2017 10:50

ABŞ kəşfiyyatı Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raketin işə salınmasına hazırlığın əlamətlərini qeydə alıb. Bu haqda üç yüksək vəzifəli hərbi mənbəyə istinadən NBC telekanalı bildirib. Mənbələrin məlumatlarına görə, KXDR son iki gün ərzində raket işəsalma qurğuları və müdafiə olunmuş start mövqeləri hazırlayır.

Moskvada Azərbaycana qarşı erməni təxribatı

14 Sentyabr 2017 10:51

Rusiya paytaxtında keçirilən “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar. Məlumata görə, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistanstendində Dağlıq Qarabağa aid şirkətlərin məhsulları nümayiş olunub.  Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. Onlar sərgi iştirakçılarına "Arsax-Eko" şirkətinin istehsal etdiyi meyvə və tərəvəz konservləri, kompotlar, duz və doşab təqdim edirlər. 

Məşhur aktyor poker oyununda 100 min dollar uduzdu

14 Sentyabr 2017 10:21

Məşhur Türk aktyoru Emre Karayelinin son günlər filmlərdə rol almamasının səbəbi məlum olub. “Olaylar” bildirir ki, məşhur aktyor pokerdə 100 min dollar uduzub. Karayelin bundan öncə də kazino oyunlarında daşınmaz əmlaklarının uduzduğu bildirilir. Bütün maddi sərvətini şans oyunlarında itirən aktyorun 3 aydır ki, heç bir kozinada oyun oynamadığı deyilir.

İrma qasırğası Acun Ilıcalıya kabus yaşatdı

14 Sentyabr 2017 10:01

Amerikanın cənubunda hər kəsin qorxulu kabusu olan İrma qasırğası məşhur türkiyəli prodüsser və işadamı Acun Ilıcalının da işlərinə mane oldu. “Olaylar” bildirir ki, Acun Medya qrupu Braziliyada yanvar ayında yayımlanması nəzərdə tutulan “Exathlon” adlı yeni televiziya yarışmasının çəkilişlərinə sentyabrın 12 – də başlayacaqdı. Qasırğa səbəbi ilə çəkilişləri təxirə salan Ilıcalı Şeyma Subaşı ilə olan nigahına hazırlaşır. Nigah mərasimində sentyabrın 19 - da Aralıq dənizi sahilində 300 nəfərin iştirak edəcəyi bildirilir. 

“Nar bağı” “Film by the Sea” Beynəlxalq Kinofestivalında

14 Sentyabr 2017 09:39

“Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə məhsulu olan “Nar bağı” filmi sentyabr ayında Hollandiyada keçiriləcək “Film by the Sea” Beynəlxalq Kinofestivalının rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşüb. Festivalın direktoru Leo Hannevik  yerli məbuata verdiyi  açıqlamada  müsabiqə proqramı haqda danışarkən “Nar bağı” filmini xüsusi  qeyd edib. Filmin növbəti aylarda Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belorusiya  və  Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.

Səfir Akif Əlizadə ilə görüşdü

14 Sentyabr 2017 09:24

AMEA Rəyasət Heyətində İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüş keçirilib. AMEA - dan "Olaylar" - a bildirlib ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatınınBeynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak ediblər.

Məktəbdə silahlı insident 

14 Sentyabr 2017 09:20

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəblərin birində atışma baş verib. Verilən məlumata görə, sərxoş vəziyyətdə daxil olan silahlı şəxs insanlara atəş açıb. Silahlı basqın zamanı 1 məktəblinin həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilir. Atəş açan şəxs polislər tərəfindən saxlanılıb.