Gündəm
Teatrda beynəlxalq layihə - “Eşqi – Nigar”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni layihə üzərində yaradıcılıq prosesi başlayıb. "Olaylar" bildirir ki, teatrın Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihəsi “Eşqi – Nigar” adlanır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır. “Ümid edirəm ki, əfsanəvi xalq qəhərəmanı Koroğlu dastanının əsas obrazlarından olan Nigarın Koroğluya olan sevgi motivləri üzərində qurulan tamaşa həm Azərbaycan, həm də qardaş Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacaqdır. Bunu deməyə əlimizdə olan zəngin material və eyni zamanda truppamızda olan aktyor potensialıdır.” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov layihə iştirakçıları ilə görüşərkən söylədi.
YUĞ - da premyera
Azərbaycan Dövlət “Yuğ” Teatrının 29-cu mövsümdə “Quş dili” adlı yeni tamaşa təqdim edəcək. Tamaşada əhvalatlar ucqar dağ kəndində baş verir. Premyerası oktyabrda planlaşdırılan tamaşanın rejissoru Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir.
Məşhur aparıcıdan 8 dəfə ərdə olan keçmiş sevgilisi haqqında GÖZLƏNİLMƏZ AÇIQLAMA
Nihat Odabaşı keçmiş sevgilisi Seda Sayan haqqında gözlənilməz etiraf edib. Müğənni Nihat Doğan Seda Sayanın onun sayəsində daha çox pul qazanmağa başladığını irəli sürüb. O, bu barədə Beyaz tv-də aparıcısı olduğu “Söylemezsem olmaz” verilişində deyib: "Seda Seyan mənə çox dəstək olub. Televiziyadakı nailiyyətimi ona borcluyam. Ən böyük taktikaları ondan öyrəndim. Eyni zamanda mənim də onun həyatında rolum olub. Biz sevgili olanda Seda Sayan daha çox pul qazanırdı, ayrılanda isə qazancı azaldı. Onun üçün yazdığım mahnı və reklam musiqiləri sayəsində reytinqi yüksəldi. Lakin onun da mənə faydası olduğunu inkar etmirəm".
Kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər
"Doktor Veb" şirkətinin araşdırmasına görə, kibercinayətkarlar spam göndərmək üçün "Əşyalar interneti"ndən istifadə edirlər. “Linux.ProxyM” adlı zərərverici proqram yoluxmuş qurğuya hər gün təxminən 400 spam göndərir. İdarəedici serverdən yoluxmuş qurğuya SMTP serverin ünvanı, loqin və parol, elektron poçt ünvanlarının siyahısı və mesaj şablonundan ibarət komanda göndərilir. Göndərilmiş arzuolunmaz məktublarda "böyüklər” üçün müxtəlif saytlar reklam olunur.
“Xiaomi Mi Note 3” smartfonu təqdim edilib
“Xiaomi” şirkəti arxa tərəfdə ikiqat kamera olan və böyük tutumlu əməli yaddaşla təchiz edilmiş “Mi Note 3” smartfonunu təqdim edib. Yeni cihaz 2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəsi və “Adreno 512” qrafik blokundan ibarət “Qualcomm Snapdragon 660” prosessoru ilə təchiz edilib. Qurğu “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
“3D” printerdə hazırlanan reaktiv mühərrikin ilk sınaqları keçirilib
Avstraliyanın Monaş Universitetinin alimləri "Amaero" şirkətinin mütəxəssisləri ilə birlikdə üçölçülü (3D) çap texnologiyaları vasitəsilə yaradılan dünyanın ilk reaktiv mühərrikinin sınaqlarını keçiriblər.
“iPhone X” smartfonu nümayiş olunub
“Apple” şirkəti çərçivəsiz ekranla təchiz edilən “iPhone X” smartfon modelini nümayiş etdirib. Smartfon ön paneli tam əhatə edən 5,8 düym diaqonallı, 2436 x 1125 piksel təsvir ölçülü “OLED” ekrana malikdir. Ön panelin yuxarı hissəsində danışıq dinamiki və ön kamera, eləcə də sensorlar üçün çıxış quraşdırılıb.
“iPhone 8” və “8 Plus” rəsmən təqdim edilib
“Apple” şirkəti Kupertino şəhərində yeni kampusda Stiv Cobs adına teatrda (Steve Jobs Theater) keçirilən ilk tədbirdə növbəti nəsil “iPhone” smartfon modellərini təqdim edib.
Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq
Son 40 il ərzində ilk dəfə Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlər səsvermə olmadan məlum olacaq. Buna son illərdə Olimpiya Oyunlarını qəbul etməkdən imtina edənlərin sayının artması səbəb olub. Son üç Qış Olimpiya Oyunları digər qitələrdən namizədlər olmadığı üçün Asiya şəhərlərinə verilib.
Dişləri QAR KİMİ ağardan YENİ ÜSULLAR
Hər nə qədər gündə iki dəfə dişlərimizi fırçalasaq, onlara lazım olan qayğını göstərsək də, zaman keçdikcə dişlərimizdə ləkələr və saralmalar əmələ gəlir.
Uşağın vaxtında dil açmasını istəyirsinizsə, bunları edin
Prezident Azərbaycanın İsveçrədə yeni səfirini təyin edib
Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Samira: "Birinə inanıb peşman olmaqdan..."
Müğənni Samira Allahverdi yeni fotosessiya etdirib. Sənətçi yeni şəkillərini sosial şəbəkədə paylaşaraq bunları yazıb: "Bəzən niyə yalnız olmaq istəyirik? Əgər bir insan təkdirsə, birini tapa bilmədiyi üçün deyil.
Karlos Tevez və Quarin komandadan uzaqlaşdırıldı
Qustavo Poyetin istefasından sonra "Shanghai Shenhua" Vu Tzinsunu baş məşqçi postuna gətirib. Yeni çalışdırıcı artıq sərt üzünü göstərməyə başlayıb. Vu tanınmış futbolçular Freddi Quarin və Karlos Tevezi komandadan uzaqlaşdırıb. "Tevezə planlarım barədə məlumat veriləcək.
Azərbaycanlı şagirdin Avropa qalibiyyəti
7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada 15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib.














