Azərbaycanlı şagirdin Avropa qalibiyyəti

7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada  15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib.

7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada  15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib. Olimpiadada şagirdlər proqramlaşdırma dillərindən birində kompüter alqoritmi həll etmək məsələsi ilə qiymətləndiriliblər. 22 ölkənin qatıldığı Birinci Avropa Gənclər olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Abutalıb Namazov bürünc medal qazanıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31