Gündəm

Azercell-dən yeni müsabiqə

13 Sentyabr 2017 18:39

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə startaplar üçün daha bir müsabiqəyə start verib.  Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir.

Mehriban Əliyeva amerikalı iş adamının mühazirəsini dinlədi

13 Sentyabr 2017 18:39

Tanınmış amerikalı iş adamı Şervin Pişəvar “ADA” Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda mühazirə oxuyub. Məlumata görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva vəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbirdə iştirak ediblər.

Asensionun başına "iş" gəldi - "Apoel"lə oyunu buraxacaq

13 Sentyabr 2017 18:30

Çempionlar Liqasının ilk tur oyunları çərçivəsində "Real" öz meydanında Kiprin "Apoel" klubunu qəbul edəcək.  "kral klubu" oyuna itki ilə çıxacaq. Marko Asensio ayağına mikrob düşməsi səbəbindən oyunu buraxacaq. Futbolçu ayağını ülgüclə təmizləyərkən ehtiyatsızlıq edib. Həkimlər ona getri geyinməyi qadağan ediblər. 

Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirdi

13 Sentyabr 2017 18:27

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmada müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz olaraq aksiyası keçiriblər. Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmada müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

Kiyev SON NÖQTƏNİ qoydu: “Saakaşvilinin ölkədən çıxarılması üçün...”

13 Sentyabr 2017 18:20

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna ərazisindən ekstradisiyası üçün əsas yoxdur.

Zabratda sakinlərin narazılığına səbəb olan kafe ilə bağlı DİN-dən AÇIQLAMA

13 Sentyabr 2017 18:17

Bakının Zabrat qəsəbəsinin bir qrup sakini etiraz aksiyasına hazırlaşır. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən "Zabrat" kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.  

İtaliyada bu təbliğata görə 2 il həbs gözlənilir

13 Sentyabr 2017 17:45

İtaliya parlamentində faşizmin təbliğ edilməsinə qarşı qanun layihəsi qəbul edilib. Məlumata görə, yeni qanun layihəsinə əsasən, faşizmə aid materialların satışı, yayılması, eləcə də faşizm salamının verilməsi cinayət hesab olunacaq. Bu qanunu pozan şəxslərə 6 aydan 2 ilədək həbs cəzası verilə bilər.

Ali məktəblərə daxil olan bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

13 Sentyabr 2017 17:42

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  sərəncam imzalayıb.

Rəşad Sadiqov: "Tərlan Əhmədov komandaya tam fərqli ab-hava gətirib"

13 Sentyabr 2017 17:36

"Neftçi"nin yeni transferi Rəşad Sadiqov klub kanalına danışıb.  34 yaşlı yarımmüdafiəçi bunları deyib: "Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil.

Prezident İlham Əliyev Cocuq Mərcanlıya 1,5 milyon manat ayırdı

13 Sentyabr 2017 17:34

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev İlhan Aküzümü "Dostluq" ordeni ilə təltif etdi

13 Sentyabr 2017 17:32

Prezident İlham Əliyev İ.Aküzümün "Dostluq" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

BVF Azərbaycana kredit ayıracaq?

13 Sentyabr 2017 17:24

"Beynəlxalq Valyuta Fondu (BVF) yaxın vaxtlarda Azərbaycana kredit ayırmağı planlaşdırmır". Bunu Bakıda səfərdə olan Fondun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

BVF-dən yaxın 2 ildə neftin qiyməti ilə bağlı PROQNOZ

13 Sentyabr 2017 17:23

"Yaxın iki ildə neftin qiymətləri 50-55 dollar/barel arasında dəyişəcək". Bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.