“Nar bağı” “Film by the Sea” Beynəlxalq Kinofestivalında
“Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə məhsulu olan “Nar bağı” filmi sentyabr ayında Hollandiyada keçiriləcək “Film by the Sea” Beynəlxalq Kinofestivalının rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşüb. Festivalın direktoru Leo Hannevik yerli məbuata verdiyi açıqlamada müsabiqə proqramı haqda danışarkən “Nar bağı” filmini xüsusi qeyd edib. Filmin növbəti aylarda Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belorusiya və Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.
14 Sentyabr 2017 09:39 Teatr və kino"Azərbaycanfilm" və "Buta Film" kino şirkətinin birgə məhsulu olan "Nar bağı" filmi sentyabr ayında Hollandiyada keçiriləcək "Film by the Sea" Beynəlxalq Kinofestivalının rəsmi müsabiqə proqramında nümayiş olunacaq. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf filmi təqdim etmək üçün artıq Hollandiyaya yola düşüb.
Festivalın direktoru Leo Hannevik yerli məbuata verdiyi açıqlamada müsabiqə proqramı haqda danışarkən "Nar bağı" filmini xüsusi qeyd edib.
Filmin növbəti aylarda Almaniya, Fransa, İspaniya, Şotlandiya, Belorusiya və Türkiyədə keçiriləcək festivalların rəsmi müsabiqə proqramlarında nümayişi planlanır.
Qeyd edək ki, filmin ssenari müəllifi İlqar Nəcəf, Asif Rüstəmov, Roelof Jan Minneboo, quruluşçu operator Ayhan Salar, bəstəkarı Firudin Allahverdi, rəssamı Rafiq Nəsirovdur. Baş rolların ifaçısı Qurban İsmaylov, Səmmimi Ərhad, İlahə Həsənova və Həsən Ağayevdir.