Rusiya XİN: Aİ bazarı Ermənistan məhsulları üçün rahat olmayacaq – ÖZƏL
10:35 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov "RIA Novosti"yə müsahibəsində bildirib ki, Avropa İttifaqının daxili bazarı son dərəcə rəqabətli və sərt tənzimlənəndir. Bu səbəbdən də Aİ-də Ermənistan məhsulları üçün rahat şərait olmayacaq və onları orada qolları açıq gözləmirlər.
Diplomat həmçinin xatırladıb ki, təcrübənin göstərdiyi kimi, namizəd ölkələr Aİ üzvlüyünü illərlə yox, hətta onilliklərlə gözləməli olurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31