Cənubi Koreya ABŞ-ın kollektiv müdafiə strategiyasında iştirak edərsə, hərbi hədəfə çevriləcək- ÖZƏL
10:19 SiyasətKoreya Respublikası ABŞ-ın kollektiv müdafiə sistemində əsas rol oynayacağı təqdirdə cavab tədbirlərinin hədəfinə çevrilə bilər. Olaylar.az xəbər verir ki, "KCNA" xəbər agentliyinin yaydığı məqalədə Düşmən İşlərinin Öyrənilməsi İnstitutunun şöbə müdiri Kanq Çol-sunun bu barədə açıqlaması yer alıb.
Məqalədə bildirilir ki, ABŞ-ın strateji maraqlarına uyğun olaraq "kollektiv müdafiənin həlledici mərkəzi"nə çevrilən Cənubi Koreya "kollektiv qisasın həlledici hədəfi" olacaq.
Müəllif Cənubi Koreyada yerləşən ABŞ qüvvələrinin komandanı Xavier Bransonun son açıqlamalarına istinad edib. Onun sözlərinə görə, Seul və Vaşinqton Koreya yarımadasından kənarda yaranan təhdidlərə birgə cavab verməlidir.
Pxenyan isə bu açıqlamaları ABŞ-Cənubi Koreya hərbi alyansının fəaliyyət dairəsinin genişləndirilməsinin göstəricisi kimi qiymətləndirib.