Avtomobil qaçıran şəxs saxlanıb
Sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun “QAZel” markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.
14 Sentyabr 2017 13:08 KriminalSentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun "QAZel" markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İlqar Misirov avtomobillə birlikdə Şəmkir rayonu ərazisində saxlanılıb.